“Yuğ” teatrının İKİ aktyoru İŞDƏN ÇIXDI

“Yuğ” teatrının iki aktyoru işdən çıxdı

Dövlət “Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar.

Bu barədə teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.

O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: “Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur”. (apa)






Fikirlər