Xalq artistinin OĞLU Ramiz Məliki hədələdi: "Səni YOX EDƏRDİM..."

Xalq artistinin oğlu Ramiz Məliki hədələdi:

Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz sosial şəbəkə vasitəsilə digər Xalq artisti Ramiz Məlikin "Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” sözlərinə cavab verib.
AzerTaym Oxu.Az-a istinadən xəbər verir ki, o, R.Məliki sərt tənqid edib və hədələyib.
Ramiz Məlik
"Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən... Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış... Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”, - deyə C.Novruz yazıb.
Xatırladaq ki, hazırda Xalq artisti Məleykə Əsədova ilə məhkəməlik olan Ramiz Məlik 2015-ci ildə Xalq artisti Ramiz Novruzla dava etmiş və həmkarı barəsində polisə şikayət ərizəsi yazmışdı.
Ramiz Novruz






Fikirlər