Röya “Altın Kelebek” aldı - VİDEO

Röya “Altın Kelebek” aldı

Ötən gün Türkiyədə məşhur “Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, gecədə iki Azərbaycanın ən məşhur müğənnisi iştriak edib.  "Eurovision 2011" qalibi Nigar Camal və əməkdar artist Röya Ayxan "Ən parlaq ulduz" nominasiyası uğrunda mübarizəyə qatılıb. 

Miri Yusifin adı siyahıda yer alsa da, o, mükafat gecəsinə qatılmayıb. 

“Azərbaycanın parlaq ulduzu” nominasiyasında müğənni Röya qalib gəlib. Mərasimdə mükafatı ona aktrisa Sinem Kobal təqdim edib. 

Röya instagram hesabında özəl tədbirdə qalib olmağı barədə paylaşım edib:

“Hər kəsi təbrik edirəm. Kimlər ki, hər zaman bəyənməyib, müzakirə edib. Onlara dərs olsun. Çox xoşbəxtəm. Mənə verdiyiniz enerjiyə görə təşəkkür edirəm”.  

 







Fikirlər