Rafet El Roman azərbaycanlı prodüserin ölümündən YAZDI – FOTO

Ürəyində yaranan problem səbəbilə həyatını itirən tanınmış prodüser və təşkilatçı Nahid Emiloğlunun ölümü türkiyəli ifaçı Rafet El Romanı da sarsıdıb.

Oxu.Az xəbər verir ki, müğənni bu barədə sosial media hesabında yazıb.

 

O, “Instagram Story”də paylaşdığı şəklə “Azərbaycanda bir çox konsertlərimi təşkil edən əziz dostum Nahid Emiloğlu həyatını itirib. Allah rəhmət eləsin. Ailəsinə baş sağlığı verirəm!” şərhini yazıb.

Qeyd edək ki, Nahid Emiloğlu türkiyəli müğənnilərlə yanaşı, Azərbaycanda dünya ulduzlarının da konsertlərini təşkil edib. O, noyabrın 1-də vəfat edib.

Rafet El Roman azərbaycanlı prodüserin ölümündən yazdı - FOTO






Fikirlər