2015-ci ilin ən güclü qadınları - SİYAHI

 


 

Hollivudun “Reportyor” jurnalı 2015-ci ilin şou dünyasındakı ən güclü qadınları müəyyən edib.

 

Siyahıda bu il hazırladıqları proqramlara, aldıqları mükafatlara, oynadıqları filmlərə görə adları tez-tez hallanan ulduzlara yer verilib.

Keyt Blenşet

“Karol” filmindəki performansı ilə altı Spirit Avard namizədliyi qazanan avstraliyalı aktrisa “Truz” və “Sindirella” filmləri ilə adını dillə əzbəri edib.

Julia Luis Dreyfus

Əfsanəvi “Seinfeld” seriyası ilə tanınan təcrübəli Julia Luis Dreyfusbu il IV Emmi mükafatını qazanıb. Dreyfus “Seinfeld”, “Yaşlı Kristinanın yeni sərgüzəştləri” kimi 3 fərqli komediya ilə bu mükafatı alan yeganə aktrisa olub.

Ancelina Coli

Bu il ssenarisini yazıb, rejissorluğunu etdiyi “Dəniz ilə” filmində həyatyoldaşı Bred Pitlə kamera qarşısına keçən məşhur aktrisa Ancelina Coli də siyahıda yer tutub.

Melissa Makkarti

Aktrisa 2011-ci ildən bəri rol aldığı “Bridesmeyds”, “Temmi” və “İstilik” filmləri ilə 1 milyard dollardan çox gəlir əldə edib. Melisa Makkarti rol aldığı “Casus” filmi ilə 235 milyon dollar qazanıb.

Kim Kardaşyan

Erməni əsilli pornoulduz Kim Kardaşyan da siyahıda yer alıb.

Rize Vizerspun

Oskarlı aktrisa “Pasifik Standart” adlı şirkətlə prodüserlik macərasına davam edir. Bu il “Getmiş qız” və “Vəhşi” filmləri ilə uğuraimza atan Vizerspun 2016-cı ildə 3 yeni layihə ilə ekranlarda öz gücünü göstərəcək.






Fikirlər