Türkiyənin tanınmış aktyoru Fikrət Hakan VƏFAT EDİB

Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib. APA-nın “Milliyet.com.tr”a istinadən verdiyi məlumata görə, aktyor müalicə aldığı İstanbul Xəstəxanasında 83 yaşında dünyasını dəyişib.

Aktyor ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib.
F. Hakan 1934-cü ildə Balıkesir şəhərində anadan olub. Səhnə karyerası 1950-ci ildə “Üç göyərçin” tamaşası ilə başlayıb. İndiyədək 160-dan artıq film və serialda müxtəlif rollar yaradıb.
Aktyor həm də ssenarist və rejissor kimi fəaliyyət göstərirdi.






Fikirlər