Rafiq Hüseynov sabah II Fəxri xiyabanda DƏFN OLUNACAQ

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq.

Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, R. Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq. 

Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.






Fikirlər