“Azərbaycandan saxta diplom alacağam” deyən aktrisaya CAVAB

“Azərbaycandan saxta diplom alacağam” deyən aktrisaya CAVABQəbuledilməzdir...”

Millət vəkili Qənirə Paşayeva məşhur türkiyəli kino aktrisası Müjdə Arın “Azərbaycandan saxta diplom alıb prezidentliyə namizəd olacağam” fikrinə sərt reaksiya verib.


Qənirə Paşayeva məşhur aktrisaya Facebook hesabında cavab verib.

Millət vəkili bildirib ki, işlərin çoxluğundan və yeni kitab üzərində çalışdığımdan bir neçə gündür mətbuat və medianı, sosial şəbəkələri izləyə bilmir:

“Bir az öncə türkiyəli aktrisa Müjdə Arın “Hürriyet” qəzetinin yazarı Ahmet Hakana müsahibəsi və bu müsahibə ətrafında yaranan müzakirələri gördüm. Öz düşüncəsində Azərbaycanı təhqir etdiyini düşünən bu aktrisanın müsahibəsini diqqətlə oxusanız onun “səviyyəsi”ni görə bilərsiniz. Müjdə Arı dəvət edirik gəlsin görək haradan alacaq o “dandik, saxta” diplomu Azərbaycanda.
Yox, əgər ala bilməsə o zaman Azərbaycandan üzr istəməlidir. Ölkəmizə, millətimizə sayğı göstərməyən, onu aşağılayan birisinə qardaşımız da olsa ona sayğı göstərməməliyik və etirazımızı da hamımız söyləməliyik. Bir müddət öncə türkiyəli bir sənətçi ilə bağlı hadisədə də söyləmişdim. Azərbaycanı sevməyən, sayğı göstərməyən, aşağılayan bir insan hər hansı bir azərbaycanlını səmimi olaraq sevə bilməz. Sosial ağlardakı gənclərimizi Müjdə Ara etirazlarını göndərərək çox mədəni şəkildə üzr istəməyə çağırmalıyıq. Eyni zamanda bu reportajı yayımlayan Ahmet Hakana da öz etirazlarını göndərməlidirlər. Onlar və onlarla bərabər Azərbaycana dil uzatmaq, aşağılamaq niyyətində olanlar anlamalıdırlar ki, Azəbaycan xalqı bu kimi məsələlərdə çox həssasdır və bu kimi açıqlamalar qəbuledilməzdir”.
(Bizimyolinfo.az)






Fikirlər