RAMAZANIN 23-cü GÜNÜNÜN DUASI - İMSAK və İFTAR vaxtı
Bu gün Azərbaycanda müqəddəs Ramazan ayının 23-cü günüdür. "AzerTaym.az" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 8-də imsak saat 03:20, iftar isə 20:25-dədir. Ramazan ayının 23-cü günün duası: “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin”. Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!”