Xalq artisti ikici dəfə beyin əməliyyatı ola bilər

Firəngiz Mütəllimova Türkiyəyə müayinəyə gedir
Xalq artisti ikici dəfə beyin əməliyyatı ola bilər
Bu ilin yayında Türkiyədə ağır beyin əməliyyatı keçirən xalq artisti Firəngiz Mütəllimova yenidən xəstəxanaya üz tutacaq. Aktrisan 2014-cü ilin yanvar ayında yenidən Türkiyəyə gedəcəyini deyir: "Səhhətimdə problemlər hələ də qalır. Həkimlərim məsləhəti ilə bir daha müayinədən keçməliyəm. Lazım gələrsə ikinci dəfə beyin əməliyyatı keçirməyə məcburam. Çalışdığım Akademik Milli Dram Teatrında tamaşalarda iştirak edə bilmirəm. Yalnız dosenti olduğum ADİMİ-də tələbələrimə dərs verirəm.

Yanvarın 20-də teatrımızın səhnəsində İlyas Əfəndiyevin “Qarabağnamə” əsərində Tubu rolunu oynamalıyam. Ona görə də Türkiyədən tez qayıtmalıyam. Əməliyyat lazım olsa tamaşadan sonraya saxlayacağam. Şəhidlərimizə hörmət əlaməti olaraq bunu etməliyəm və bundan sonra tamaşaçılarla sentyabr ayına qədər vidalaşacağam. Təki Allah özü köməyim olsun!






Fikirlər