Bakıda Rusiya filmləri həftəsi başlayır

8965CF8E-DF84-45BC-8627-EFCC1DA4E77E_w268_r1Oktyabrın 1-dən 7-dək Azərbaycanda Rusiya filmləri həftəsi keçiriləcək.

Tədbir Rusiyanın Mədəniyyət Nazirliyi və «Kinofest» prodüser mərkəzi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Açılış mərasimi Nizami Kino Mərkəzində keçiriləcək.

Mərasimdə Rusiya kinematoqrafçılarının nümayəndə heyəti iştirak edəcək. Həftə ərzində müxtəlif janrda olan müasir rus kinofilmləri nümayiş etdiriləcək.






Fikirlər