Miladi: 23 oktyabr 2015
Hicri: 9 Məhərrəm 1437

İlin 296-ci günü
İlin sonuna 69 gün qalır 

Bu günün namaz vaxtları

Fəcr - 06:39
Günəş – 07:59
Zöhr – 13:25
Əsr – 17:08
Məğrib - 19:04
İşa – 20:05

Əhəmiyyətli hadisələr

732-ci ildə Puatye döyüşündə ərəblər məğlub oldu.
1714-cü ildə Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə fransız kralı 14-cü Lui ilə görüşüb.
1814-cü ildə Tibb tarixində ilk plastik əməliyyat İngiltərədə keçirilib.
1942-ci ildə Əl- Əlameyn döyüşü başladı.
1946-cı ildə Nyu-Yorkda BMT-nin ilk sessiyası keçirilib.
1954-cü ildə Almaniya NATO-ya daxil oldu.
1956-cı ildə Macarıstanı antisovet üsyanı bürüdü.
1958-ci ildə SSRİ Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırdı. Bəndin layihəsini Bakıdakı elmi-tədqiqat institutları hazırlayıb.
1978-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb.
1983-cü ildə Beyrutda amerikan və fransız sülhməramlılarının kazarmasına kamikadze hücumu nəticəsində 300-dən çox əsgər həlak olub.
1991-ci ildə SSRİ Dövlət Şurasının («Avqust qiyamı»ndan sonra ittifaq parlamenti tərəfindən təsis edilən və SSRİ-nin «sökülməsi»ni həyata keçirən müvəqqəti idarəetmə orqanı) qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ləğv edilib.
1996-cı ildə Roma papası Darvin nəzəriyyəsinin hipotez olduğunu iddia edib.
1998-ci ildə Ölkədəki növbəti prezident seçkilərindən (11 oktyabr 1998) sonra Konstitusiyanın tələbinə uyğun olaraq istefaya getmiş Nazirlər Kabinetinin yeni tərkibi formalaşıb.
2000-ci ildə Pensilvaniya Universiteti alimləri yaşı 250 min il olan bakteriya aşkar ediblər.
2003-cü ildə Moskva nın Dubrovka teatrında çeçen terrorçular 800 tamaşaçını girov götürdülər. Girovlar arasında Azərbaycan vətəndaşları da vardı.
2002-ci ildə ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfərə gedişində ABŞ-ın vitse-prezident Riçard Çeyni ilə, konqresmenlərlə, siyasi dairələrlə görüşlər keçirib.
2007-ci ildə Azərbaycanda Mövlana Cəlaləddin Rumi günləri başlanıb.

Doğumlar

598-ci ildə Əli bin Əbu Talib
1812-ci ildə Seyid Əbülqasim Nəbati - şair (ö. 1873).
1940-cı ildə Pele - məşhur Braziliya futbolçusu.
1990-cı ildə Aksel Enström.
1953-cü ildə Baltacı Araz - Şair (ö. 2012)

Ölümlər

1993-cü ildə Hacıbaba Hüseynov - müğənni (d. 1919).