Nurgül Yeşilçayı əvəzləyəcək qadın axtarılır

“Nurgül Yeşilçayı əvəzləyəcək qadın axtarılırAktrisa Nurgül Yeşilçay Türkiyənin “Star” telekanalında yayımlanan “Paramparça” serialının 52-ci bölümündən ayrılacağı üçün ssenaridə dəyişiklik edilib.

 Azərtaym.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisanın serialda oynayacağı son səhnələr artıq çəkilib.

Məlumata görə, Yeşilçay 52-ci bölümdə serialdan ayrılacaq və ondan sonra serialda uzun zaman keçdiyi göstəriləcək.

Erkan Petekkayanın canlandırdığı Cihan obrazı isə başqa bir qadını sevəcək. Cihanın sevəcəyi qadın obrazı üçün artıq axtarışa başlanılıb.






Fikirlər