Amerikadakı ÖLÜMCÜL qripin ölkəmizə GƏLMƏ riski var – həkimdən SOS

Vaqif Qarayev: “Bu, çox qorxulu virusdur...”

ABŞ-da tüğyan edən qrip can almaqda davam edir. Artıq oktyabr ayından bu günə qədər 53 uşaq dünyasını dəyişib ki, onların da 16 nəfəri son bir həftədə xəstəliyin qurbanı olub.

ABŞ Xəstəliklərin Yoxlanışı və Mühafizəsi Mərkəzindən (CDC) verilən açıqlamaya görə, bu rəqəm 2010-cu ildən bəri qeydə alınmış ən pis nəticədir. Belə ki, son 2 ildə H3N2 virusu daha geni yayılıb və əsasən uşaqlar, ahıl insanlar bu xəstəliyin qurbanı olur. Rəsmilər artıq ABŞ hökumətinin qriplə mübarizə üçün tədbirlər alacağını vurğulayıb və insanlardan xəstəlikdən mühafizə üçün məsələyə ciddi yanaşmaq tələb edilib.

Qeyd edək ki, qripdən ölüm hallarının artması digər dünya ölkələrini, o cümlədən Azərbaycanı da narahat etməyə başlayıb. Bəs bu virus ölkəmizə də ayaq basa bilərmi?

Vaqif Qarayev ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tanınmış həkim Vaqif Qarayev bildirdi ki, bu il ABŞ-da yayılan H3N2 virusunun bəlli bir ştammı üzə çıxıb: “Bu təzə xəstəlik deyil. İki-üç il əvvəl də bu cür xəstəlik yayılıb və həmişə də ölümcül olub. Builki ştammı isə daha çox uşaqları və ahıl yaşda olan insanları tutur və ölüm halları az deyil. Bu, qorxulu virusdur. Ölkəmizə gəlib çıxma ehtimalına gəlincə, qeyd edim ki, əgər ABŞ-dan kimsə bu virusla Azərbaycana gələrsə, yayılma ehtimalı əlbəttə ki, var. Lakin düşündüyüm qədər ABŞ ölkənin giriş-çıxışına ciddi nəzarət edəcək. Lakin fakt budur ki, təhlükə, ölüm halları var. Azərbaycanda yayılan virusa gəldikdə isə bu günlərdə rəsmi açıqlama verilərək bildirildi ki, yayılan qrip deyil, paraqripdir. Yəni bu xəstəliyi törədən ayrıca virusdur”.

Həkimin sözlərinə görə, ölkəmizdə yayılan virus tək deyil: “Onlardan eləsi var ki, yalnız qızdırma-mədə bağırsaq pozğunluğu ilə, digərləri qızdırma-səpki ilə, yəni ayrı-ayrı virusların qarışığı ilə müşahidə olunur. Lakin şükürlər olsun ki, ölüm hadisəsi yoxdur. Ölkəmizdə hazırda müşahidə edilən viruslar uzunmüddətli olur. Bu da insanları narahat edir. Bu zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Yəni istənilən virus 7 gün ərzində yaşayıb, sonra getməlidir. Lakin bu müddətdən uzun çəkirsə, deməli, bununla bağlı başqa məsələlər var. Ona görə də xəstə mütləq şəkildə həkimə müraciət etməli, müayinə və müalicə almalıdır. Özbaşına müalicə bəzən böyük fəsadlara gətirib çıxarır. Bəzən görürük ki, valideynlər virusa qarşı övladlarına antibiotik dərmanlar verir. Lakin antibiotiklər xəstəliyi yaradan səbəbin üzərinə gedir, virusa təsir etmir. Bir sözlə, xəstəlik ayrı, virus ayrıdır”.“Yeni Müsavat”

 
 






Fikirlər