Abdullah Çatlının qızı dərin dövlətdən danışdı

21 yaşında İstanbul Ülküçü Ocaqları başqanı olan Abdullah Çatlı, Fateh Sultan Mehmedin də 21 yaşında İstanbulu fəth etdiyini deyirdi
Erməni terror təşkilatı “ASALA”nı bitirən, Türk dərin dövlətinin ən məşhur adı olan Abdullah Çatlı həm də Qarabağ müharibəsində Azərbaycanlı əsgərlərə təlim keçib. Bunu, Abdullah Çatlının qızı, “Babam Çatlı” kitabının müəllifi Gökçən Çatlı da Etatist.com-a verdiyi eksklüziv müsahibəsində təsdiqlədi.
Gökçən xanım antropoloqdur. Bir sıra araşdırmalar apardığına görə, müsahibəmiz də bir az gecikdi. Amma o, bütün suallarımıza cavab verdi. Gökçən Çatlı atasından eşitdiklərindən, Abdullah Çatlının “ASALA”nı necə bitirdiyindən, indiki Türkiyə hakimiyyətindən danışdı. Sonda isə yeni çıxacaq kitabı haqqında danışdı. Yeni kitabında 1990-1993-cü illərdəki Azərbaycan məsələsini ələ aldığını bildirən Gökçən xanım, Azərbaycana gəlməyi də planlaşdırdığını dedi.
Bu Gökçən xanımın Azərbaycan mətbuatına verdiyi yeganə müsahibədir.
BayMedia-ya Abdullah Çatlının qızı, Gökçən Çatlının Etatist.com-a verdiyi eksklüziv müsahibəni təqdim edir:
“Dərin dövlətin ən önəmli vəzifəsi dövlətin davamlılığını təmin etməkdir”
- Gökçən xanım, ilk sualım biraz qəribə görünəcək. Amma Azərbaycan ictimaiyyəti üçün önəmlidir. Dərin dövləti necə izah edirsiniz?
- Dərin dövlət sahə qurucusudur, ehtimalları şəkilləndirir. İlk sözü və son sözü dedizdirən dövlətin arxa baxçasıdır. Yapılanmasını toplumun yapılanmasına görə şəkiləndirir. Dəyişir, inkişaf edir, əl dəyişdirir, geriləyir. Eyni bir canlı kimi doğulur, inkişaf edər və bitər. Amma kəsintiyə məruz qalmaz. Türkiyədə dərin dövlət anlayışı – böyük dövlətlərdə olduğu kimi bir gələnək olaraq həmişə var olub, olmalıdır da. Təməl sıxıntı hər yapılanmanın gələnəyə tabe olmamasıdıır. Milli dərin dövlət ilə başqa güc mərkəzlərinin hesablaşması ilə bir ikiləmə ortaya qoyar.
- Bülənt Ecevit və Süleyman Dəmirəlin zamanına görə “Dərin Dövlət Türk Silahlı Qüvvələridir” deyə açıqlamaları var idi. Gerçəkdən Türk əsgəri Dərin Dövlətdirmi?
- Sizin bu cümləniz “dərin dövlət anlayışını” günahkar kimi göstərir. Türk Silahlı Qüvvələrini ölkənin ən önəmli müdafiə sistemi olan dərin dövlətdən xəbərsiz kimi ələ almaq doğru deyil. Dərin dövlətin ən önəmli vəzifəsi dövlətin davamlılığını təmin etməkdir.
“”ASALA”ya qarşı çalışmalar ilk olaraq mülkü hərəkat olub”
- “Babam Çatlı” kitabınızı oxudum. Nə qədər çətin bir həyat keçirdiyinizin fəriqindəyəm. Atanız “ASALA”nı necə bitirdi?
- Doğrudur. Çətin bir uşaqlıq, gənclik və yetginlik dönəmi yaşadım. “ASALA” ilə bağlı atamgilin məlumat (istihbarat) topladıqlarını bilirəm. Atam və dostlarının ilk “ASALA” mücadiləsi, dövlətdən asılı olmadan başlayıb. “ASALA”ya qarşı çalışmalar ilk olaraq mülkü hərəkat olub. Vəziyyətdən vəzifə çıxaran atam və dostlarının üstün mücadiləsi uğur qazandıqdan sonra rəsmi bir təklif olub. Atamgil də birlikdə çalışmaq üçün bəzi şərtlər irəli sürüblər; Alparslan Türkeş ve ülkücülər sərbəst buraxılacaq; edamlar dayandırılıcaq; məhkəmələr ədalətli olacaq. Uğurla bitirilən “ASALA”ya qarşı bu istəklər yerinə yetirilməmişdi.
- Abdullah Çatlının Azərbaycanla bağlı hər hansı bir çalışmalarını bilirsiniz?
- Təbii ki. İkinci kitabımda 1990-1993-cü illəri əhatə edən Azərbaycan məsələsini ələ almışam.
- Adınıza baxıb Abdullah Çatlının Nihal Atsızı çox sevdiyi şərhini vermək olar. Yanılmıramsa adınız “Dəli Qurd” romanında keçir.
- Nihal Atsızı sevməmək mümkündür? Onun Türkçülüyü süni deyil, gerçəkdir. Vətənə bağlanmağı tutqu kimi işləyən bir əfsanənin qələmə aldığı Gökçəndən ilhamlanmaq təbiidir.
- “Sabah” qəzetinə verdiyiniz müsahibədə “ülküçülük bitdi, tamamı ilə dəfn edildi” demişdiniz. Həqiqətən ülküçülük bitdimi?
- Bu cümlə bu formada mənə aid ola bilməz! Əksinə ülküçülük yüksələn bir ərz olaraq toplumun içinə düşdüyü kimsəsizləşdirmə virusunun antivirusudur. Çoxmədəniyyətliliyin yaratdığı boşluğu dolduracaq olan ülkülər Türk Törəsinin olmasza olmazıdır. Mənim hər sözümün mənbəsi var. Millətçilik, ulusçuluq anlayışlarının yenidən şahlanacağını “www.marmaratimes.com”da köşə yazılarımın birində qələmə almışam.
“Bu son dərəcə eqoist baxış olardı”
- AKP hökumətinin sizə qarşı münasibəti necədir? Sizə və ailənizə mühafizəçi ayrılıbmı?
- Mən bir partiyanı şəxsimizə yönəlik davranışları ilə qiymətləndirmərəm. Bu son dərəcə eqoist baxış olardı. Biz demək törəmizin gərəyidir. Bir partiya və mən necə bir arada olabilərik? Ölkəmizə olan faydalarına görə, yaxınlıq, uzaqlıq qurmağa və qurulmasına ehtimal verə bilərəm.
- İndilərdə Türkiyədə bir ümmətçilik havası əsir, bu sizi rahatsız edirmi? Əgər belə bir sual qarşısında qalsaydınız ümmətçiliyimi, milliyətçiliyimi seçərsiniz?
- İdeologiyalar və fikirlərin tətbiq olunmaq üçün bəlli bir sahə olmalıdır. Məkan birlikdə olduğumuz, qırsal adətlərin yaşadıldığı, təmin edildiyi, fikir qardaşlarımızla birlikdə olunan müqəddəs – yarı müqəddəs bir yerdir. Məkansız bir fikir, fikirsiz bir məkan yoktur, yada təsir dairəsinin sərhədi var. Ümmətçiliyin sərhədi, İslam dövlətləridirsə, fərdin vətən mövzusunda münasibətinin çox bölgəsəl bir alqıya sahib olduğunu demək mümkündür. Ülküçü isə ölkəyə bağlıdır.
“İtirilən liderlərin yoxluğu dərin bir hüzn yaratsa da əsas olan təşkilatın davamlılığıdır”
- Atanız inanılmayacaq qədər böyük bir gücə sahib olduğunu sizə ifadə etmişdi, hətta bunu kitabınızda da yazmışdınız. Bu güc nə idi? Necə izah edilirdi? İndi o güc sizinlə əlaqə qururmu?
- Davamlılıq Türk törəsinin bir gələnəyidir, bir şəxsə bağlı deyil. Dolayısı ilə itirilən liderlərin yoxluğu dərin bir hüzn yaratsa da əsas olan təşkilatın davamlılığıdır. Gücü tanımlamaq, ifadə eləmək çətindir. 1980-ci il öncəsində ülkücü hərəkatda təşkilatçılığı ilə könüllərdə və zehinlərdə yer edən Ülkü Ocakları başqanı Abdullah Çatlı, aksiyaçı və misioner özəllikləri ilə rəis olaraq yerini alıb. Ülkücü hərəkətə şübhəsiz çox əmək verən var, ancaq yeri doldurula bilməyən üç böyük liderimiz var: Başbuğ Alparslan Türkeş, başqan Muhsin Yazıçı oğlu, rəis Abdullah Çatlı. Onlar tarixdə layiq olduqları yeri alıblar. Bu bir gücdür. Digər tərəfdən qarşılığını gözləmədən yarı ac, yarı tox “ASALA” və PKK-ya qarşı təşkilatlanmaq və uğur qazanmaq gücün göstəricisidir. Türk dövlətlərinin problemlərini daxili məsələ etmək yenə bir gücdür. Topluma dost, arsıza düşmən olmağı and içib buna həmişə sadiq qalmaq, Allah yolunda ikən bunu dörd divar arasında paylaşmaq, loxmanın böyüyünü yanındakına, kiçiyini özünə ayırmaq və bir an olsun qarşılıq gözləmədən dediyiniz güc o sahənin daxilindədir. Atam Abdullah Çatlı adam kimi adamdır.
- Siz antropoloq ve sosioloqsunuz. Türkiyəni indi idarə edənlər Türkdür?
- Çox mənalı bir sualdır. Qloballaşma idarəçiliyi də sıxıntılı bir hala gətirib.
- 2015-ci il qondarma erməni soyqırımının 100 illiyi olacaq. Bundan dolayı narahatlığınız varmı, həyatınıza təhlükə ola bilərmi? Mühafizəçi üçün dövlətə müraciət edəcəksinizmi?
- Mənim mühafizə olunmamağım mümkün deyil. Amma il dönümü dolayısı ilə mənim də təhlükəsizlik tədbirlərim var təbii ki.
“Atamın silahı əlində idi”
- Atanızın qəza nəticəsində həyatını itirməsi cinayətdir yoxsa həqiqətən də qəzadır?
- Böyük bir ehtimal var ki, cinayətdir. Zərbə izləri var idi. Atamın silahı əlində idi. Səyahət öncəsi iflic edici bir dərman verildiyini düşünürük. Yoxsa silahından istifadə edərdi.
“Terror bir azadlıq arayışıdır”
- Susurluq olayından sonra Türk ictimaiyyətində dərin dövlətin və ya Kontrgerillanın müzakirə sürəci başladı. Bu dərin dövlətin təsviyə sürəcidir?
- Milli dərin dövlətin təsviyə sürəciydi. Bu gün gəlinən nöqtəyə baxsanız daha yaxşı anlamaq mümkündür. Terror bir azadlıq arayışıdır, milliyətçilik isə terror səbəbi kimi sayıla bilər.
- “Ergenekon” sürəci içində bir çox Türk generalı, PKK-ya qarşı savaşan adamlar həbs edildi, bunu necə şərh edirsiniz?
- “Ergenekon” deyə bir yapılanmanı inkar etmək doğru değil. Amma günahkarları cəzalandırarkən, tək günahı ölkəsini sevmək olanları fürsətdən istifadə edib həbs etmək, toplumsal dəyərləndirmədə dərin yaralar qoydu.
- Azərbaycanda olmusunuz?
- Xeyr, amma çox dostum var, gəlmiş kimiyəm. Qismət, yaxın bir tarixdə gələcəyəm.
“”Yalnız deyilsiniz” demək hər igidin işi deyildi”
- Dönəmin baş naziri Tansu Çillər susurluq olayından sonra “güllə atan da yeyən də şərəflidir” sözü dövlətin içində hesablaşmanın olduğunu, dövlətin də bundan dolayı ona xidmət edənləri unutmayacağının altını çizir. Bunu necə şərh edirsiniz?
- Sayın Tansu Çiller etməsi gərəkəni etdi. Həm vəzifəsinə yaraşanı, mərd bir ifadə ilə dilə gətirdi, həm də dövlətini, millətini sevənlərə ümid verdi. O dönəmdəki ortamda “yalnız deyilsiniz” demək hər igidin işi deyildi.
- İndi nə işlə məşğulsunuz? Keçiminizi necə təmin edirsiniz?
- Yrd. Dosent Doktor olaraq müxtəlif universitetlərdə dərs verirəm. Türkiyə Araşdırmaları Mərkəzinde başqan müaviniyəm və bu doğrultuda bir çox proyektləri idarə edirik. Siyasət sahəsindəki Avropa proyekti böyük qazanc əldə etdi. NATO, AB, BM, Senat, Parlament, Siyasiler, Sendikalar alanda analiz edildi, müzakirə edildi. Abant, Ələvi, Sünni sayışlarında müzakirəçiyəm. Bu mövzuya ayrıca önəm verirəm. Bunlara bənzər birçox mövzuda çalışmalar idarə etməkdəyəm. “Mərmərə Times”da köşə yazarlığı edirəm. Bu da ilginc bir sahədi. Ayrıca Dövlət Universitetlərində keçirilən bəzi dərs kitablarını yayına hazırlayıb redaktorluğunu edirəm. Çox sayıda konfrans, maqalə və buna bənzər çalışmalarım var. “Babam Çatlı” 30-cu nüsxəsini çoxdan keçib. Başqa kitab çalışmalarımı soruşanlar olur. 2014-cü ilin noyabrında yeni çalışmamı təqdim edəcəm.
“…dərdimiz bitməz”
- Sıxıntılarınız varmı?
- Mənəvi olaraq ölkənin dərdini şəxsi dərdimiz hesab ediriksə dərdimiz bitməz. Amma əlbətdə həyatıma həyat qatan oğlumuz Abdullah Yiğit (Abdullah Çatlının nəvəsi) mənəviyyatımın ən dərin yeri. Anam və bacımla eyni mühittəyik, dolayısı ilə hər an birlikdəyik. Nevşəhərdəki ailəmiz isə həmd olsun yaxşıdılar. Maddi demişdiniz. Atamın vəfatından sonra ilk dönəmlər çox böyük sıxıntılar yaşadıq, keçdi getdi.
- Azərbaycanda insanlar Çatlı yaşayacağı təqdirdə MHP-nin başqanı olacağı ehtimalının boyük olduğunu düşünürlər. Haqsız da deyillər, çünki atanız 21 yaşında İstanbulun ülkü ocaqları başqanı idi. Hətda “Washington Post”a verdiyi bir müsahibəsində özünü Fateh Sultan Mehmetle müqayisə edərək, onun da 21 yaşında İstanbulu fəth etdiyinin altını cizmişdi. Atanız yaşasaydı nə olardı sizcə?
- Başbuğ Alparslan Türkeş atamın vəfatından sonra məni Ankaraya çağırdı. Ardından iki telefon danışığımız oldu. Vəfatından qısa bir müddət öncə anam və mənimlə İstanbulda təkrar görüşdü. Mərhum liderimizin iki sözünü paylaşım: “Abdullah, ən asi ən ağıllı övlad idi. Yoxluğumda təşkilatı əmanət edəcəyim bir övladı itirdim” və “olayın qəza olmadığını düşünürəm. Səbirli olun”. Beş ay sonra vəfat etdiyi üçün… Davamı məlumdu.
“İkinci kitabı gözləyin”
- Qarabağ savaşında atanızın Azərbaycanda əsgərlərə təlim keçdiyi deyilir. Bu iddialar doğrudur? Bu haqda bilgiləriniz varmı?
- Doğrudur. İkinci bir kitabı gözləməyinizi tövsiyyə edirəm.
- Azərbaycan ictimaiyyətinə son olaraq nə demək istəyərsiniz?
- Soy birlikdəliyimiz, qan birlyimiz olan qardaş ölkə Azərbaycana çox əziyyət çəkmiş bir millət olaraq könüldən böyük bir yerə sahib olduğunu bildirmək istəyirəm.
- Təşəkkür edirəm, Allahdan Vətəni üçün həyatını itirən atanıza və bütün şəhidlərimizə rəhmət diləyirəm.
- Hamımızın itkisi böyükdür. Hamımızın başı sağ olsun. Mən də nəzakətli müsahibə dəvətiniz üçün təşəkkür edirəm. 3 Noyabr 2014-də gələnəksəl Abdullah Çatlı anma mərasiminə gəlsəniz başımızın üstündə yeriniz var.






Fikirlər