Ramazan Abdulatipov: "BİZ BİR XALQIQ"

“Azərbaycan və Dağıstan din, mədəniyyət və tarix baxımından qardaşdır. Bu əlaqələrin möhkəmlənməsinə böyük töhfəni görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev və prezident Vladimir Putin verib”.

  Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov deyib.

R.Abdulatipov qeyd edib ki, mayın 12-də prezident İlham Əliyevin qəbulunda olarkən onunla bir sıra mühüm məsələləri müzakirə ediblər. Və o bir daha əmin olub ki, ölkələrimizi sıx iqtisadi əməkdaşlıq birləşdirir: “Vladimir Putin hələ 2001-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətini qeyd edərkən ölkələrimizin inkişafında regionlararası əməkdaşlığın rolunu vurğulamışdı. Mənim bu səfərim də həmin baxışlara əsaslanır və biz Azərbaycanla əməkdaşlığı inkişaf etdiririk... Biz bir xalqıq və minillik tarixi əlaqələrimizin ümumi kökləri, çox yaxın mədəniyyətləri və ənənələri vardır. Bundan başqa, biz 200 ildən artıqdır ki, rus xalqı ilə bağlıyıq”.

Ramazan Abdulatipov Dağıstanın inkişafına görkəmli siyasi xadim Əziz Əliyevin böyük töhfəsini vurğulayıb, həmçinin iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun fəaliyyətini qeyd edib.

Dağıstanın rəhbəri onu da vurğulayıb ki, turizm sahəsində reallaşdırılması vacib olan ilk layihə Dərbəndlə Bakı arasında elektrik qatarının işə salınması olmalıdır.






Fikirlər