Ərdoğanla Putin BAKIDA görüşəcək?

“Ərdoğanla Putinin görüşü avqustun birinci ongünlüyündə baş tutacaq”.

 Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

 D.Peskov Türkiyə və Rusiya liderinin görüşünün Bakıda olacağına dair yayılan informasiyaları təkzib edib: “Görüş Bakıda deyil, Rusiya şəhərlərinin birində olacaq. Lakin hansı şəhərin olacağı hələlik dəqiqləşdirilməyib. Hazırda diplomatik kanallarla iki liderin görüşü hazırlanır”.

 Peskov qeyd edib ki, Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.






Fikirlər