Türkiyənin Azərbaycandakı səfiri Əli Əhmədovla GÖRÜŞÜB

eli

Yanvarın 18-də Baş nazirin müavini Əli Əhmədov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.

AzerTaym.az-ın məlumatına görə, Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşdırılmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini qeyd edən Ə.Əhmədov bütün sahələrdə bu əlaqələrin uğurla inkişaf edərək, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə çatdırılmasına səbəb olduğunu bildirib.

Baş nazirin müavini Türkiyə və Azərbaycanın öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını xüsusi vurğulayıb, bu münasibətlərin inkişafına yönəldilmiş ardıcıl və məqsədyönlü siyasətin hər iki ölkənin dövlət başçıları tərəfindən inkişaf etdirilməsi sayəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olunduğunu qeyd edib.

E.Özoral səmimi qəbul üçün təşəkkürünü bildirərək, Türkiyə-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, xalqlarımızın əsrlər boyu dostluq, qardaşlıq münasibətlərində yaşadığını və bu əlaqələrin hazırda daha da zənginləşdiyini, yeni səviyyəyə yüksəldiyini qeyd edib.

Səfir Türkiyə-Azərbaycan əlaqələrinin bundan sonra da uğurla, sürətlə və mütəşəkkil qaydada irəliyə getməsi, xalqlarımızın daha da birləşməsi və sıx əməkdaşlıq etməsi üçün bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.






Fikirlər