Jirinovski: “Azərbaycan olmayacaq, Bakı quberniyası YARADILACAQ”

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yeni ABŞ-Rusiya yaxınlaşması barədə danışıb.

Modern.az xəbər verir ki, “Çarqrad” telekanalına müsahibəsi zamanı qalmaqallı siyasətçi bütün postsovet ölkələrinin Rusiyanın tərkibinə qayıtmağa həvəsli olduqlarını deyib.

Onun fikrincə, yalnız bu baş verdikdən sonra Qarabağ kimi münaqişələr həll olunacaq.

“Qarabağı onlar heç zaman həll edən deyillər. Azərbaycan və Ermənistan arasında həmişə müharibə olacaq. Amma biz oranı götürəndən sonra orada nə Qarabağ, nə də Azərbaycan olacaq: Yerevan və Bakı quberniyaları. Çarın vaxtındakı kimi. Təhlükəsizlik var, həyat səviyyəsinin yaxşılaşması var, perspektiv var. Mədəniyyət də yaradın. Hər eyi rus dilinə çevirəcəklər. Hamı öz yazıçılarını və qalan şeyləri unudacaq”.

 






Fikirlər