Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Şəhidlər xiyabanını ZİYARƏT EDİB

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, N. Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

AzerTaym.az






Fikirlər