AKP növbədənkənar qurultay keçirir - FOTOLAR, CANLI YAYIM

Bu gün Ankrada AK Partiyanın üçüncü növbədənkənar qurultayı öz işinə başlayır.

Ankara Arena Spor Salonunda keçirilən qurultayın işində iştirak edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun musavat.com-a verdiyi məlumata görə, səhərin erkən saatlarında Ankaranaın Ulus səmtində yerləşən qurultay salonuna axın başlayıb.

Polislər yüksək səviyyədə təhlükəsizlik proseduru həyata keçirəndən sonra qurultay iştirakçılarını və AK Parti tərəfdarlarını əraziyə buraxırlar. Qurultayın işində bir xeyli sayda xarici mətbuat təmsilçiləri iştirak edir. Onlardan biri də R.Arifoğludur.

Baş yazar musavat.com-un əməkdaşı ilə söhbətində bildirdi ki, qurultayda Azərbaycan mediasından AzTV-nin Türkiyə bürosunun əməkdaşı da iştirak edir. Azərbaycan mediasından dəvət olunan yeganə media qurumu rəhbəri isə "Yeni Müsavat" Media Qrupunun rəhbəri R.Arifoğludur. 

O, ilkin məlumatları bizimlə bölüşdü: “Salonun içərisinə daxil olanda burda yüksək nizam-intizam olduğu görünür. Mən xarici media nümayəndələri üçün nəzərdə tutulan qismdən tədbiri izləyəcəm.

Xarici media nümayəndələri üçün xüsusi paket nəzərdə tutulub. Bu paketlərdə su, yemək və başqa lazım olan vasitələr qoyublar. Qurulaya maraq həddən artıq böyükdür. On minlərlə insan qurultay keçirilən ərazidədir”.

Türkiyə mediasının “Dönüş Qurultayı” adlandırdığı 3-cü qurultay öz işinə Türkiyə vaxtı ilə saat 10.00-da başlayacaq.

Musavat.com xatırladır ki, bu gün keçirilən 3-cü növbədənkənar qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən AKP-nin sədri seçiləcək. 16 aprel referendumundan sonra Anayasaya edilən dəyişikliyə əsasən, Rəcəb Tayyib Ərdoğanın yenidən partiyanın başqanı olmasının yolu açılıb. R.T.Ərdoğan 2 il 9 aydan sonra yenidən qurucusu olduğu partiyanın başına qayıdır.

Günün davam edən saatlarında qurultayla bağlı məlumatları sizinlə bölüşəcəyik.

 

 






Fikirlər