25.09.2014 - Jirinovski artıq Bakıdadır - (Yenilənib)

25.09.2014 - Jirinovski artıq Bakıdadır - (Yenilənib)Vladimir Jirinovski artıq Bakıdadır.

Diplomatik mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, LDPR liderinin uçduğu təyyarə saat 15:00 radələrində Bakı aeroportuna enib. Qeyd edək ki, Jirinovskinin Bakı səfəri ətrafında neçə vaxt idi müxtəlif fikirlər dolaşırdı.
Bəzi KİV-lər gah öz diplomatik mənbələrinə, gah da LDPR liderinin yaxın ətrafına istinadən belə xəbərlər yaymışdılar ki, Jirinovski Bakı səfərini təxirə salıb, ümumiyyətlə Azərbaycana gəlməyə hazırlaşmır.

Amma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı siyasətçinin gözlənilən Bakı səfəri ətrafındakı şübhə haləsini dağıtmışdı. Səfir virtualaz.org saytına açıqlamasında demişdi ki, Jirinovski Azərbaycana Milli Məclisin xətti ilə dəvət olunub və o, Bakıya mütləq gələcək.






Fikirlər