İsa Qəmbər və Arif Hacılı Baş Prokurorluğa çağırıldı - Əfqan Muxtarlı işi BÖYÜYÜR

 Image result for İsa Qəmbər və Arif Hacılı

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı, Arif Hacılı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Baş Prokurorluğa çağırılıb.

Müsavatdan verilən məlumata görə, adıçəkilən hər 3 şəxsə Prokurorluqdan çağırış vərəqələri gəlib.
Məlumata görə, siyasətçilər həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şahid qismində istintaqa cəlb edib.
Çağırışa əsasən İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə getməlidirlər.
Qeyd edək ki, bu gün məsələ ilə bağlı jurnalistlər Şahvələd Çobanoğlu və Sevinc Vaqifqızı da Baş Prokurorluqda olub.
AzerTaym.az






Fikirlər