"Universitetlərin strukturu dəyişdirilir" - Təhsil NAZİRİ

Təhsil naziri Mikayıl Cabbarov universitetlərə publik hüquqi şəxs statusunun verilməsinə münasibət bildirib.

AzerTaym.az xəbər verir ki, nazirin sözlərinə görə, universitetlərdə hüquqi təşkilati formanın dəyişdirilməsi və ölkə qanunvericiliyinin tələbləri ilə uyğunlaşdırılması prosesi müşahidə edilir.
"Digər tərəfdən universitetlərin daxili idarəetmə strukturları bu proses çərçivəsində dəyişdirilir, nizamnamələrdə müvafiq dəyişiklər edilir və yeni idaretmə strukturları tətbiq olunur”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti publik hüquqi şəxsə çevrilib.






Fikirlər