Payızda DÖYÜŞ, Azərbaycan lokal ƏMƏLİYYATLARLA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Payızda DÖYÜŞ, Azərbaycan lokal ƏMƏLİYYATLARLA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyənin Suriyanın Afrin bölqəsində əməliyyata hazırlaşması ABŞ və onun himayə etdiyi PYD-ni (PKK terror təşkilatının Suriya qolu) təlaşa salıb. Vaşinqton Rusiyadan Birləşmiş Ştatlar ərazisində fəaliyyət göstərən baş konsulluqlardan birini bağlamağı tələb edə bilər. Koreya yarımadası ətrafında vəziyyət gərgin olaraq qalır. ABŞ prezidenti KXDR ilə müharibəyə hazır olduqlarını bəyan edib. Rusiya Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirilib. Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb.

Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara getmədən, istədiyinə nail olur”. Bu barədə “Vivendi Modus” mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib.

Onun sözlərinə görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin köhnəlməsinə imkan vermir.

 

"Torpaqlar ikinci məsələdir" - Azərbaycan bu yolla düşməni DİZ ÇÖKDÜRÜR: Papyan ETİRAF ETDİ

 

Bu gün İrəvanda erməni müxalifətçi Jirayr Sefilyan və digər siyasi məhbusların məhkəmə iclası keçirilib. İclasın təxirə salınmasından sonra, siyasi məhbusları dəstəkləyən şəxslər hökümət orqanlarının qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya zamanı hazırkı hakim Sərkisyan rejiminin əleyhinə fikirlər səsləndirilib. Aksiyaçılar Ermənistanı Sərkisyanın cinayətkar dəstəsindən azad etmək üçün xalqı silahlanmağa çağırıblar.

Türkiyənin Suriyanın Afrin bölqəsində əməliyyata hazırlaşması ABŞ və onun kimayə etdiyi PYD-ni (PKK terror təşkilatının Suriya qolu) təlaşa salıb. İŞİD terror təşkilatını bəhanə edərək Suriyanın şimalını PKK-ya təslim edən ABŞ indi də “Əl-Qaidə”yə hücum adı ilə İdlibi işğal etməyə hazırlaşır.

Suriyanın şimalında dövlət qurulması üçün PYD-yə 3 ayda 1100 TIR silah-sursat göndərən ABŞ PYD-nin nəzarətindəki Afrinin cənubunda yerləşən İdlibə hücum planı hazırlayır.

ABŞ gücləri Ayn əl-Arab, Tel-Abyad və Rimeylanda qurduğu bazalardan pilotsuz uçuş aparatları qaldıraraq bölgədə müxalifət güclərinin vəziyyətinə dair kəşfiyyat məlumatlari toplayır. ABŞ həmçinin “MOC” (“Birgə Əməliyyat Qurumu”) nəzdində 2014-ci ildən bu yana əlaqə qurduğu müxalifət qruplarının bəzi nümayəndələrini İncirlik hərbi hava bazasına çağırıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) ilə birbaşa bağlı olan bu şəxlərin İdlibdə Türkiyənin dəstəklədiyi müxalifət qrupları barədə məlumatlar verdiyi bildirilir.

Ankara ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yeni oyununu diqqətlə izləyir.

 

Bir həftəyə SON DÖYÜŞLƏR BAŞLAYIR: düşmənin xain planı ÜZƏ ÇIXDI

 

Vaşinqton Rusiyadan Birləşmiş Ştatlar ərazisində fəaliyyət göstərən baş konsulluqlardan birini bağlamağı tələb edə bilər. Bu haqda diplomatik mənbələrə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb.

Qərar sentyabrın 1-nə kimi elan edilə bilər. Nəşr xatırladır ki, hazırda Rusiya ərazisində ABŞ-ın üç baş konsulluğu (Sankt-Peterburq, Yekaterinburq və Vladivostok), ABŞ-da isə Rusiyanın dörd baş konsulluğu (Nyu-York, San-Fransisko, Siyetl və Hyuston) fəaliyyət göstərir.

Rusiya baş konsulluqlarından məhz hansının bağlana biləcəyini isə, qəzetin mənbələri dəqiqləşdirməyib.

Bu həftənin əvvəlində ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir.

 

ABŞ Rusiyanı bu yolla SUSUDURACAQ

 

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasından Belarus və Ukrayna sərhədində Hava Hücumundan Müdafiə qoşunlarından istifadə edilməsinə icazə verməyi xahiş edib. Vladimir Putinin Dövlət Dumasına təqdim etdiyi qanun layihənin qəbulu Rusiya Silahlı Qüvvələrinə Belarus və Ukraynanın sərhədində hava hücumuna qarşı müdafiə qoşunlarından istifadə etməyə icazə verəcək.

Dünən isə hərbi ekspert, jurnalist Yuri Butusov Ukraynanın “Obozrevatel” nəşrinə bildirib ki, Rusiya qoşunları Ukrayna ilə sərhəddə yerdəyişmələr və konsentrasiya ilə Ukraynaya müdaxilə ssenarisini yerinə yetirirlər”.

Hərbi ekspert hesab edir ki, Rusiyada yalnız Donbas deyil, həm də Xarkov vilayətinə müdaxilə ssenariləri var.

Butusov bu kontekstdə 2008-ci ildə Gürcüstanla Rusiyanın müharibəsindən əvvəl baş verən hadisələri xatırladıb.

 

Gürcüstanla müharibədən əvvəl... - 9 il əvvəlki SSENARİ TƏKRARLANIR

 

Ukrayna prezidenti Pyotr Poroşenkonun reytinqi sürətlə aşağı düşür. Onun 2019-cu ildə keçiriləcək seçkilərdə qələbəsi böyük şübhə doğurur. “Ukraynskaya Pravda” nəşrinin mənbələrinin sözlərinə görə, Poroşenkonun əsas problemi Yuliya Timoşenkodur.

Bütün sosioloji sorğulara görə, keçmiş baş nazir, “Batkivşina” Partiyasının lideri Poroşenkonu qabaqlayır. Ehtimal ki, ölkədə heç nə dəyişməsə, 2019-cu ildə məhz Timoşenko Ukraynanın növbəti prezidenti olacaq.

Amma Poroşenkonun siyasi texnoloqları ümidlərini itirmirlər.

 

Poroşenko payızda döyüşə başlayır – ƏSAS RƏQİBLƏR

 

ABŞ taktik nüvə silahının tətbiqi ssenarilərini genişləndirəcək. Amerika hərbçiləri bunu ilk dəfə rəsmən təsdiq etdilər. Bəyanatı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini, general Pol Selva səsləndirdi.

Mitçellovsk Aerokosmik Tədqiqatlar İnstitutunun konfransında çıxış edən general bildirib ki, XXI əsrdə nüvə strategiyasının effektiv vasitələrdən biri kimi zəif nüvə döyüş sursatları olmalıdır. Müzakirədə iştirak edən ekspertlər ona etiraz etdilər. Onlardan biri xatırladıb ki, indiki ölçülər üzrə “zəif” nüvə yükləri ABŞ-da hələ nüvə silahı yarışının lap əvvəlində var idi. Xüsusi halda, bu cür bombalar Xirosima və Naqasakidə tətbiq edilmişdi.

 

Azərbaycanın bir addımlığına atom bombası ATILACAQ: Dünyanı yox edəcək SİLAHLAR AKTİVLƏŞDİRİLİR

 

Çin ABŞ-ın Şimali Koreyadakı mövcud rejimi devirməsinə icazə verməyəcək.Bu barədə Çinin “Qlobal Tayms” nəşri informasiya yayıb.

Məqalədə Şimali Koreyanın ABŞ-a qarşı hərbi fəaliyyətlərə ilk olaraq başlayacağı halda Çinin neytral mövqe göstərməsinin vacibliyi vurğulanıb.

“Çin hazırkı mərhələdə rəsmi Vaşinqton və Pxenyanı geri addım atmağa razı sala bilməz. Buna görə də Rəsmi Pekin öz mövqeyini bütün tərəflər üçün aydın şəkildə nümayiş etdirməlidir. Tərəflərin atacağı addımlar Çinin maraqlarını təhdid edəcəyi halda onlara qəti şəkildə cavab veriləcək. Əgər ABŞ və Cənubi Koreya Şimali Koreyada mövcud rejimi devirmək və Koreya yarımadasının siyasi modelini dəyişdirmək üçün Şimali Koreyaya zərbə endirəcəklərsə, Çin onlara bunu etməyə imkan verməyəcək”, - yazıda qeyd olunub.

ABŞ Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı hərbi əməliyyata hazırdır. Bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Şimali Koreya özünü düşüncəsiz apararsa, hərbi vasitələr döyüşə tamamilə hazırdır. Ümid edirəm ki, Kim Çen In başqa yolu tapacaq”, - Tramp bildirib.

ABŞ Şimali Koreyanın nüvə silahı obyektlərini izləmək üçün Böyük Britaniyadan kəşfiyyat təyyarəsi göndərməsini xahiş edib. Bu barədə "Deyli Mirror" qəzeti informasiya yayıb.

Məlumata görə, ABŞ tərəfi Böyük Britaniyadan birmənalı olaraq potensial hədəflərin müəyyən edilməsi ilə bağlı kəşfiyyat əməliyyatlarında iştirak etməsini istəyib.

“Şimali Koreya, Birləşmiş Ştatlar və onun müttəfiqləri arasında münaqişə real görünməsə də, tərəflər qanlı münaqişənin baş vermə ehtimalına qarşı hazırlıq işlərinə ciddi nəzarət edirlər. Qərb strateqləri minimum insan itkisinə ümid edirlər. Bu o deməkdir ki, Şimali Koreya ilə bağlı mümkün qədər çox kəşfiyyat məlumatı toplamağa çalışacaqlar”, - xəbərdə deyilir.

Bir neçə qərb KİV-i Yaponiyanı təhdid edən ABŞ prezident Harri Trumenin sözləri ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə bağlı Donald Trampın təcavüzkar ritorikası arasında oxşarlığa diqqəti yönəldib. “The Week” jurnalı Trampın sözləri ilə 6 avqust 1945-ci ildə Trumenin nitqinin oxşar olduğunu yazıb.

 

İkinci atom atılır? - Trumenin çıxışı ilə Trampın nitqindəki ŞOK OXŞARLIQ (VİDEOLAR)

 

Rusiya Silahlı Qüvvələri döyüşə hazırlıq vəziyyətinə gətirilib. Buna səbəb kimi Vaşinqton ilə Pxenyan arasında gərginliyin artması göstərilib.

Məsələ ilə bağlı Federasiya Şurasının üzvü Viktor Ozerov məlumat verib. Onun sözlərinə görə, buna Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsi qərar verib.

Gürcüstan Xarici İşlər Nazirliyi Abxaziya ilə sərhəddə tikanlı məftillərin çəkilməsini pisləyən bəyanat yayıb. Bəyanatda Rusiyanın bu addımı yerli əhalinin fundamental hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

“Bu addım əhalinin sərbəst hərəkət etmək, təhsil və sağlamlıq hüquqlarını məhdudlaşdırır. Bu da öz növbəsində Abxaziya regionunda humanitar vəziyyətin ağırlaşdırılmasına gətirib çıxaracaq”, - deyə bəyanatda vurğulanıb.

XİN Rusiyanı Gürcüstana qarşı aqressiv addımlara son qoymağa, beynəlxalq hüquq normalarına, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.






Fikirlər