“DƏNİZ Baykal yanlış müalicə edilib, əks halda o, indi...” -ŞOK İDDİA

Türkiyənin məşhur köşə yazarı Fatih Altaylı günlərdir ki, komada olan sabiq CHP sədri Dəniz Baykalın yanlış müalicə olunduğunu iddia edib.

Musavat.com xəbər verir ki, köşə yazarı bunu “Habertürk” qəzetində müəllifi olduğu yazıda qeyd edib.

Fatih Altaylı D.Baykalın yatdığı xəstəxanada işləyən bir həkim tanışından aldığı məlumatlara əsasən onun yanlış müailəcə olunduğunu iddia edib.

Fatih Altaylının sözügedən köşəsini sizlərə təqdim edirik: “Ötən gecə Türkiyənin məşhur ürək və damar cərrahlarından biri mənə zəng etdi. İllər əvvəl, Onkologiya İnstitutunun prezidenti Erkan Topuzdan eşitdiyim bir cümlə ilə başladı: “Fatih Türkiyədə şan-şöhrəti olmayan, hətta pulu belə, olmayan insanlar düzgün müailəcə olunur”. Mən bu cümləni bilirəm lakin nə əlaqə? Anlamadım.

Картинки по запросу Fatih Altaylı

Fatih Altaylı

“Dəniz Baykal sıradan bir vətəndaş olsa idi, indi evində televizor izləyirdi”

“Dəniz Baykal Əli Əfəndi olsaydı, indi isti evində oturub televizoru izləyirdi” dedi. Sonra “Çox təəssüf ki, önəmli insanların taleyi budur. “Dəniz bəyə xüsusi diqqət göstərəcəyik” deyib ard-arda xətalı müayinə tətbiq etdilər. Ona görə də az ciddi olan vəziyyəti çox ciddi duruma gəldi” deyərək, yanlışları sıraladı.

“Stend taxmaq bir fəlakət...”

Картинки по запросу Stent takmak

Belə vəziyyətlərdə edilə biləcək ən doğru şey bir müddət gözləməkdir. Anında müdaxilə etmək çox yanlışdır.

Əməliyyat da bir seçimdir, lakin laxta qanı təmizləmək üçün əməliyyat sırasında stend taxmaq tam bir fəlakətdir.

Çünki stend taxıldığı zaman mütləq qansulandırıcı dərmanlar da vermək lazımdır. Dəniz bəyin vəziyyətində də qansulandırıcı dərman vermək, fəlakəti dəvət etmək kimi bir şeydir. Həssas olan beyində qanama riski ortaya çıxır.

Necə ki, Dəniz Baykalın xəstəxanaya çatdırıldığı anda beyin qanaması olmadığı halda stendin taxılması və qandurulması üçün verilən dərmanların verilməsi nəticəsində beyin qanaması olmuşdur ki, bu da qaçılmaz bir vəziyyətdir.

Daha sonra keçirilən iki əməliyyat bu qanamanı durdurmaq məqsədli olsa da, bu cür əməliyyatlarda hər zaman istənilən nəticə əldə olunmur.

Əminəm ki, Türkiyədəki həkimlərin yüzdə doxsanı mənim dediklərim kimi edərdi. Lakin məsələ Dəniz Baykal olunca gərəksiz həyəcan oldu və gərəksiz işlər görüldü.

Heç bir şey edilməsə belə, ən çox sol tərəfi iflic olar, onun da zamanla düzəlmə ehtimalı var”.

“Bəs, yaxşı, indi nə olacaq” deyə soruşdum.

“Beyin çox maraqlı bir orqandır. Tarixdə beyinin yarısı alındığı zaman yaşayan insanlar var. Gözləmək lazımdır. Yenidən stabil həyata dönmə ehtimalı var. Lakin vücudunda mütləq bir ziyanı qalacaqdır. Heç bir müdaxilə olmasaydı, daha tez özünə gələ bilərdi”.

Musavat.com






Fikirlər