Mustafa Hacıbəylidən Vurğun Əyyuba ağır sözlər

Mustafa Hacıbəylidən Vurğun Əyyuba ağır sözlər“Mübarizə aparmaq onluq deyil, gedib işi ilə məşgul olsun”.

Bunu AzNews.az-a açıqlamasımda Müsavat partiyasının Məclis üzvü Mustafa Hacıbəyli Vurğun Əyyub barəsində deyib. O vurğulayıb ki, V. Əyyub Müsavatda vəzifəsini itirən gündən partiyadan faktiki olaraq uzaqlaşıb: “İndi onun böyük kabineti və maaş alan işçiləri var. Vurgun Əyyub kafedra müdiri vəzifəsini icra edir. Mübarizə aparmaq onluq deyil, gedib işi ilə məşgul olsun”.

M.Hacıbəyli Vurğun Əyyubun Məclis üzvü kimi qalıb-qalmaması məsələsinə də münasibət bildirib: “Vurgun bəy bundan öncə 8 il Divana gəlmədi, onda dünya dagılmadı. Bundan sonra da 8 il Məclisə gəlməsə, dünya dagılası deyil...”.

Qeyd edək ki, Müsavat partiyasının Məclis sədri Nüşabə Sadıqlı APA-ya açıqlamasında Vurğun Əyyubun Məclis üzvlüyündə qalmasını digər müsavatçıların haqqının tapdalanması kimi qiymətləndirib.






Fikirlər