ABŞ-ın bu addımı Ermənistanı YOX EDƏCƏK - İrəvan QORXU İÇİNDƏ

ABŞ-ın bu addımı Ermənistanı YOX EDƏCƏK - İrəvan QORXU İÇİNDƏ

ABŞ-ın Moskvaya qarşı yeni sanksiyalarının Rusiyanın Azərbaycan və Ermənistana silah satmasına da təsir göstərə biləcəyi ehtimalı erməniləri narahat edir.

Publika.az xəbər verir ki, İrəvanda bu prosesdən ən çox Ermənistanın əziyyət çəkəcəyini düşünürlər.

Hərbi ekspert Vova Vardanov deyir ki, Azərbaycan Rusiyadan silah almasa belə, bu, onun silah arsenalına ciddi təsir göstərməyəcək: “Azərbaycan müasir silahları başqa ölkələrdən də alır, Rusiya bu ölkələrdən biridir. Həmçinin, Azərbaycan Rusiyadan daha güclü silahlar alıb. Ermənistana isə müttəfiq adı altında istifadəyə yararsız silahlar verilir. Etiraf etməliyik ki, Azərbaycan ordusu Ermənistan ordusundan daha güclü silahlanıb”.
Erməni ekspert əlavə edib ki, ABŞ-ın sanksiyaları işə salınandan sonra Ermənistanın vəziyyəti ağır olacaq.
“Çünki bizim nə silah almağa pulumuz var, nə də bizə silah satacaq başqa bir ölkə. Ermənistanı bunda sonra da ağır günlər gözləyir”, - deyə V.Vardanov bildirib.






Fikirlər