QƏLƏBƏYƏ aparacaq 3 mərhələli PLAN, Azərbaycan Ordusu 25 min ƏSGƏRLƏ...

Qələbəyə aparacaq 3 mərhələli PLAN, Azərbaycan Ordusu 25 min ƏSGƏRLƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. Türkiyə ordusu Zeytun budağı əməliyyatı çərçivəsində Afrinin mərkəzinin sərhədlərinə çatıb. ABŞ Konqresində Türkiyə əleyhinə gizli toplantı keçirilib. ABŞ prezidenti Donald Tramp qlobal ticarət savaşı başladacaq qərarı qəbul edib. Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən 17-dək müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. Təlimlərə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək.

Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək.

Təlimlərdə silahlanmaya yeni qəbul edilmiş müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışları keçiriləcək.

Türkiyə və ABŞ arasında Suriya münaqişəsi üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün komitənin qurulmasından əvvəl Konqresdə Türkiyə əleyhinə gizli bir toplantı keçirilib. Konqresdəki mənbələrdən əldə edilən məlumatlara görə, toplantıda Türkiyənin küncə sıxışdırılması üzrə planlar müzakirə edilib.

 

ABŞ-ın istədiyi olmasa...” - Türkiyəyə qarşı gizli toplantının ŞOK DETALLARI

Türkiyə KİV-inin yazdığına görə, Türkiyə Silahlı Qüvvələri və ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin mərkəzinə üçmərhələli planla irəliləyir. Şimal, qərb və cənubdan irəliləyən birliklər birinci mərhələdə şəhəri mühasirəyə alacaq. İkinci mərhələdə terrorçuların mövqeləri bombardman ediləcək.

 

Şəhər döyüşləri BAŞLAYIR – “Mehmetcik”i qələbəyə aparacaq 3 mərhələli PLANIN DETALLARI

 

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağ”ı əməliyyatı 49-cu günündə müvəffəqiyyətlə davam edir. Türkiyə Silahlı Qüvvələri və ASO Afrinin mərkəzi hissəsinin sərhədlərinə çatıb.

Birliklər həmçinin, Afrinlə Azezi içməli su ilə təmin edən bəndə nəzarəti təmin edib.

“Zeytun budağı” əməliyyatı çərçivəsində qazanılan qələbələr Türkiyənin də üzvü olduğu NATO-da ciddi narahatlıq yaradıb. NATO baş katibinin müavini Rouz Qetemüller Türkiyədən “Zeytin budağı” əməliyyatının ərazi və zaman baxımından məhdudlaşdırılmasını istəyib.

Hazırda hədəfimiz Afrindir və yaxşı bir mövqeyə qədər irəliləmişik. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Zərərsizləşdirilən terrorçu sayı 3171-ə çatıb. Afrinin mərkəzi mühasirəyə alınıb. Hər an Afrinin mərkəzinə girə bilərik”, - Ərdoğan bildirib.

ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olan polad və alüminium barədə çoxdan gözlənilən qərarı qəbul edib. Məlumata görə, ölkəyə idxal olunan polad və alüminium üçün Meksika və Kanada istisna olmaqla digər ölkələrdən gömrük vergisi tətbiqinə başlanılıb.

Beləliklə, ABŞ-a polad idxal edən ölkələr 25 faiz, alüminium idxal edən ölkələr isə 10 faiz gömrük vergisi ödəyəcəklər.

Bu qərar ABŞ-a polad və alimimium ixrac edən ölkələrə, xüsusən də Çinə və Avropa ölkələrinə, Hindistana və digərlərinə ciddi zərbə vuracaq. ABŞ prezidenti daha əvvəl verdiyi açıqlamasında yeni qərarı ölkəsinin ticarət tərəfdaşlarının “haqsız qazanc” əldə etməsi və Birləşmiş Ştatlarda yüz minlərlə iş yerini təhlükə altında qoyması ilə əsaslandırıb.

 

Qlobal savaş 00:30-da RƏSMƏN BAŞLAYIR

Avropa Birliyi ABŞ-la ticarət müharibəsinə hazırlaşmır, ancaq ABŞ ticarət öhdəlikləri tələb edəcəyi halda cavab tədbirləri görməyə məcbur olacaq. Bu sözləri Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali nümayəndəsi Federika Moqerini deyib.

“Düşünürəm ki, bu, hər iki tərəf və bütün dünya üçün fəlakət olardı. Biz birlikdə dünya ticarət həcminin 30 faizini təşkil edirik. Dünyaya, dünya iqtisadiyyatına, ABŞ və Avropaya bu lazım deyil. Biz bunu istəmirik və bu olmayacaq”, - Moqerini bildirib.

Moqerini həmçinin Trampın hər hansı bir həmləsi qarşılığında cavab veriləcəyini qeyd edib.

ABŞ Rusiyanın istənilən hücumuna cavab verə bilər. Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Hayten söyləyib.

“Biz bütün təhdidlərə cavab verməyə hazırıq və heç kim bundan şübhə etməməlidir. Rusiya ABŞ-a kütləvi hücumdan başqa heç nə edə bilməz. Onlar hələ də bilmirlər ki, bizim sualtı qayıqlarımız harada yerləşir. Bu sualtı gəmilər onların ölkəsini məhv etməyə qadirdirlər”, – deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib. Bu barədə Cənubi Koreya prezidentinin müşaviri Çon In Yön bildirib.

"Prezident Kim Çen Inla may ayınadək görüşə razılıq verib", - deyə Çon In Yön bildirib.

"KXDR vədlərini konkret işlərlə həyata keçirməyincə təzyiq davam etdiriləcək", - deyə o əlavə edib.

Bundan əvvəl Şimali Koreya lideri ABŞ prezidentini görüşə dəvət edib.

CNN telekanalı bildirib ki, Vaşinqtonda səfərdə olan Cənubi Koreya nümayəndə heyəti Kim Çen Inın görüşün keçirilməsinə dair məktubunu Donald Trampa təqdim edib.

"Şimali Koreya nüvə və raket sınaqları keçirməyəcək". Bu sözləri bir neçə gün əvvəl Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön ilə danışıqlar zamanı Şimali Koreya lideri Kim Çen In bəyan edib. O bildirib ki, ABŞ prezidenti ilə təkbətək görüş keçirəcək.

Mətbuata məlumat verən Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön onu da əlavə edib ki, bu barədə ABŞ prezidenti Donald Trampa da məlumat verilib: "Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o, Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib".

Şimali Koreya lideri Kim Çen İnlə danışıqlar aparılması barədə qərarı ABŞ Prezidenti Donald Tramp şəxsən qəbul edib. Bu barədə ABŞ Dövlət katibi Reks Tillerson danışıb.

Bu qərarı prezident şəxsən qəbul edib. Mən səhər tezdən onunla qərarı barədə danışdım. Bizim çox yaxşı söhbətimiz baş tutdu. Prezident Tramp bir neçə dəfə danışıqlara açıq olduğunu söyləyib və bu şəraitdə məmnuniyyətlə Kim Çenlə görüşəcək. Məncə prezident artıq bunun vaxtının çatdığını düşünür”, - Tillerson bildirib.

 

 

 

 






Fikirlər