TRAMPdan İrana atəşli “NOVRUZ MESAJI": “Bundan 2500 il ÖNCƏ”...

ABŞ-la İran arasındakı gərginliyə və iki ölkə arsında diplomatik münasibətlərin olmamasına rəğmən hər il Vaşinqton Tehrana Novruz təbrikini çatdırır. 

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 2015-ci ildə öz təbrik mesajında olduqca xoş cümlələrdən istifadə etmiş və İran xalqına isti mesajlar vermişdi.

ABŞ prezidenti Donald Tramp da öz sələfi kimi Novruz bayramı münasibətilə “təbrik” mesajı ünvanlayıb. Təbii əgər buna təbrik demək mümkündürsə...

Novruzun kökünü İrana bağlandığını ifadə edən Ağ Evin rəhbərinin bəyanatında deyilir:

Bundan 2500 il qabaq İran şahı Dara Tanrıdan farsları 3 şeydən qorumasını istəmişdi: Düşmən orduları, quraqlıq və yalançılıq. Bu gün İran İnqilab Keşikçiləri bunun üçünü də təmsil edir.

D.Tramp öz təbrikində İranı sərt şəkildə tənqid etdikdən sonra sonda “Baharın gəlişini qeyd edən minlərlə insanın Novruzunu təbrik edirəm” yazıb.

Novruzla əlaqədar ABŞ Dövlət departamenti ayrıca açıqlama yayıb. Dövlət departamentinin sözcüsü Con Sallivan “ABŞ Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacisikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və dünyanın digər ölkələrində Novruz üçün bir araya gələn hər kəsə ən gözəl diləklərini çatdırır”, - sözlərini işlədib.

 

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi