TÜRKİYƏ PREZİDENTİ ƏRDOĞAN Fransa prezidenti MAKRONA yerini göstərdi:“SƏN KİMSƏN BELƏ?”

Image result for erdoğan macron

Stanislav Tarasov

regnum.ru, 01.04.2018

 Fransa prezidenti Emmanuel Makron bu günlərdə Suriyadan kürd, ərəb və xristian nümayəndə heyətlərini, o cümlədən Suriya kürdlərinin “Xalıq Özünümüdafiə Dəstələri”nin (YPG) təmsilçilərini qəbul edib. Danışıqlaırn gedişində ölkədəki, xüsusən də Türkiyənin nəzarət etdiyi Afrin və Mənbicdəki durum müzakirə olunub. Ankara Mənbic istiqamətində irəliləməyi davam etdirir. Fransanın Türkiyə səfiri Parisdə baş tutmuş görüş haqda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanı məlumatlandırıb.

Ankara Fransa ilə birlikdə İŞİD-ə qarşı mübarizə üzrə amerikalıların başçılıq etdiyi beynəlxalq koalisiyaya daxildir. Suriyada isə hazırda ABŞ, Böyük Britaniya və Fransa qoşunları var. Rusiya XİN başçısı Sergey Lavrovun Qazaxıstan KİV-lərinə müsahibədə qeyd etdiyi kimi, orada “artıq vəkalətli müharibədən çox birbaşa müharibəyə cəlbedilmə” gedir və “beynəlxalq hüquq və BMT Nizamnaməsi baxımından yanaşılsa, Suriya ABŞ koalisiyasının yeri deyil”. Türkiyəyə gəlincə, Suriyada deeskalasiya zonaları yaratmaq üzrə Astana sazişlərinə əsasən, İdlibə görə sorumludur. Başqa məsələdir kui, Suriyanın şimalında hadisələrin inkişafı heç də planlaşdırılan ssenari üzrə getmir. Ankara yanvarın 20-də “Zeytun budağı” əməliyyatına başlayanda türkləri birinci növbədə İŞİD-lə mübarizəyə və Suriya kürdlərini “ümumi mübarizə tərəfdaşları” kimi qiymətləndirərək onları rahat buraxmağa çağıran Vaşinqton, Paris və beynəlxalq koalisiya üzrə müttəfiqləri və NATO tərəfdən sərt qarşıdurmayla üzləşib.

Lakin kürd birləşmələrinin liderləri Afrin uğrunda döyüşlərdə bir sıra uğursuz siyasi addımlar atıblar. Onlar gah “öz şərtlərilə” Suriyadakı Rusiya HKQ komandanlığıyla, gah da rəsmi Dəməşqi bölgəyə hökumətyönlü qüvvə çıxarmağa çağıraraq onunla uzlaşmağa səy ediblər. Bu siyasətçilər eyni zamanda ABŞ yardımına və öz güclərinə bel bağlayıblar. Nəticədə Ankara ona loyal “Azad Suriya Ordusu” (ASO) qüvvələrilə Afrinin kürd özünümüdafiə dəstələrindən təmizlənməsini başa çatdırır. İndi qarşıdurmanın episentri Mənbicə və Fərat çayından şərqdəki ərazilərə keçirilib. Alman eksperti Kristian Brakelin hesab etdiyi kimi, Suriya kürdləri “özlərini Amerika ordusunun Suriyada, az qala, səlahiyyətli təmsilçiləri saymağa başlayanda birdən aşkarladılar ki, Vaşinqton ABŞ prezidenti Donald Trampın dönəmində Suriyada münaqişənin siyasi tənzimlənməsi üzrə yol xəritəsinin tərtibində iştirakdan xeyli dərəcədə əl çəkib”.

Tramp hətta bu günlərdə “tezliklə Suriyadan çıxmaq” haqda bildirib ki, bu da Türkiyədə “ona sarı işarə” və “Vaşinqtonun NATO-nun cənub cinahını bundan sonra da dağıtmamaq istəyi, Ankaranı Moskvaya sarı itələmək” kimi qəbul edirlər. Buna görə də Suriya kürdləri qərara gəliblər ki, yeni siyasi-diplomatik manevrlər məqamı çatıb, amma artıq Avropa istiqamətində. Budur, onlar beləcə Parisdə görünüblər. Sonrası isə yenə də intriqadır. Heyət Makronla görüşdən sonra bildirib ki, Fransa “ən tez bir zamanda Fransa ordusu xüsusi təyinatlı bölmələrini Mənbicə göndərmək niyyətindədir” və bu əməliyyat “ABŞ hərbçilərilə əlaqəli keçiriləcək”. Lakin Yelisey sarayı təkziblə çıxış edib:

“Prezident xatırladıb ki, Təhlükəsizlik Şurası 2401 saylı qətnaməni qəbul edəndən sonra Fransa Afrin bölgəsindəki durumla bağlı təşvişini aydın ifadə edib və humanitar yardımın dinc əhaliyə maneəsiz çatmasını təmin etməyi tələb edib. O, “Suriya Demokratik Qüvvələri”ni Fransanın  dəstəyinə inandırıb və “Suriya Demokratik Qüvvələri”lə Türkiyə arasında dialoq qurulmasında Fransanın, dünya birliyinin dəstəyini ifadə edib”.

Image result for erdoğan macron

Yəni Fransanın əksər KİV-ləri qeydə alıb – Paris “bölgədə Türkiyə ordusunun irəliləməsini dayandırmaq deyil”, Suriya kürdlərilə Ankara arasında vasitəçi kimi çıxış etmək istəyir. Amma Ankara buna da kəskin şəkildə mənfi qıcıq verib. Ərdoğana tarixi kateqoriyalarla düşüncə xasdır. O, Osmanlı imperiyasının dağılmasında Böyük Britaniya ilə yanaşı Fransanı son zamanlar dəfələrlə ittiham edib. Bu günlərdə Samsun əyalətində çıxış edərkən bildirib ki, “Qərb bütün tarix boyu bölgədə özünü işğalçı və təcavüzkar kimi dəfələrlə göstərib”. Buna görə də Suriya türklərin şüur və mentallığında “özlərininki”, nə zamansa imperiyanın tərkibində olmuş ərazi kimi qalır və Ankara bu ölkədəki hərbi əməliyyatlarını “işğalçı” deyil, “xilaskar” sayır. Kürdüstan dövlətinin yaradılması haqda Qərb layihələrini Türkiyədə məhz bu kontekstdə qavrayırlar ki, bu da qaçılmaz şəkildə onun dağılmasına səbəb olacaq.

Təsadüfi deyil ki, Ankara Fransa hərbçilərinin Suriya kürdlərinə yardıma göndərilməsi haqda Parisə xəbərdarlıq edərək vurğulayıb ki, onlar Türkiyə qüvvələrinin hədəfi ola bilərlər. Buna baxmayaraq, Fransa xüsusi təyinatlıları artıq Suriyadadır, lakin Paris göndərilən kontingentin sayı haqda məlumatı elan etmir. Əlbəttə, Makron bu ölkədə Fransa qüvvələrinin sayının artırılması haqda səssizcə qərar qəbul edə bilər. Mənbic bölgəsində amerikalılarla hərbi toqquşmalardan çəkinmədiyini vurğulayan Ankara bununla bağlı kürd kartının türklərin NATO və beynəlxalq koalıisiya üzrə hələ də müttəfiqləri olan ABŞ və Fransa cəbbəxanasından çıxdaş edilməsini özünün əsas vəzifəsi kimi görür. Fransanın son zamanlar canlanmış keçmiş prezidenti Fransua Olland “Le Monde”-nin səhifələrində bu haqda fikir yürüdüb. Onun sözlərinə görə, Dəməşq, Moskva və Ankaranın aparıcı olduğu “qəliz oyun gedir”. “Türkiyə kimi Fransa da NATO-ya daxildir. Amma bu Türkiyə nə müttəfiqdir ki, öz müttəfiqlərini vurur, – Olland bəlağətlə səslənir. – Vladimir Putinlə danışmaq lazımdır, Fransa və Rusiyanın tarixi münasibətlərini yada salmaq olar. Madam Trampın mövqeyi aydınlıq və gözlənilənliyi ilə seçilımirişə Fransa, Avropa və NATO girişməlidir. Mən bu koalisiyada kürdləri ona görə dəstəkləmirdim ki, onları indiki durumda atım”.

Və budur, Ərdoğan buna nə cavab verib: “Qeyd etmək istəyirəm ki, Fransanın yanlış yanaşmasından dilxor olmuşam. Siz kimsiniz belə və Makron hansı haqla terrorçularla Ankara arasında vasitəçi olmağa çalışır?  Bu cür missiyanı onun üzərinə kim qoyub? Doğrudanmı, Fransa Əlcəzair sakinlərinin onun hərəkəti üzündən məruz qaldığı ağrını Suriya sakinlərinə də verməyə can atı?”

Əlbəttə, durumu bəsitləşdirməyinə dəyməz. İndi Suriyada baş verənlərin  çoxu pərdəarxası kateqoriyaya aiddir. Kürd gücləri Afrin anklavı hüdudlarından uzağa yayılıb, güman etməyə əsas yoxdur ki, Türkiyə ayaq saxlayacaq. İki şeydən biri baş verəcək:Türkiyə, ABŞ və Fransa Mənbic və müttəfiqlərin yenidən satacağı kürdlər haqda sazişə gələcək. Ya da belə bir saziş olmayacaq və Ankara Moskva və Tehrana sarı güclü meyllənəcək.

Tərücmə Strateq.az-ındır.






Fikirlər