"İRAN ZƏİF OLARSA.." – Ankara Trampın qərarının şok PƏRDƏARXASINI AÇDI

"İran zəif olarsa..." – Ankara Trampın qərarının şok PƏRDƏARXASINI AÇDI

"Bu, Türkiyə üçün bir fürsətdir. BMT-nin də qərarlarına riayət edərək İran ilə ticarəti davam etdirəcəyik".

AzerTaym.az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edərkən deyib.

"Türkiyə olaraq mövqeyimiz bəllidir: İran nə qədər güclü olarsa, Türkiyə də bir o qədər güclü olur. Birinin zəif olduğu coğrafiyada o birinin üstünə çökərlər", - nazir bildirib.

O əlavə edib ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqədar narahat olmağa əsas yoxdur. Nazir Türkiyə kimi digər ölkələrin də ABŞ-la eyni fikirdə olmadıqlarını söyləyib.

"Yaxın Şərqdəki silah sövdələşmələrinə baxmalıyıq. Bəzi ölkələrin (Körfəzdəki ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nızərdə tutulur –red.) həddindən artıq silahlandığını görürük. İrana qarşı sanksiyaların da bu silahları alan ölkələrin sifarişləri əsasında tətbiqi ehtimal daxilindədir", - Nihat Zeybekci qeyd edib.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib. Tramp söz verib ki, tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq ediləcək.

ABŞ Maliyyə Nazirliyinin xarici aktivlər üzərində nəzarət üzrə ofisi İran İslam İnqilabı Keşikçilər Korpusuna bağlı olan 9 fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına daxil edib.






Fikirlər