“PUTİN HƏR AN HAKİMİYYƏTDƏN GEDƏ BİLƏR” – Xodorkovski ani çöküşə hazır olmağa çağırır

xodor

Rusiya hakimiyyətinin opponenti Mixail Xodorkovski əmindir ki, Vladimir Putinin hakimiyyətdə qalmaq taleyi istənilən an həll oluna bilər. Delfi.lt saytının məlumatına görə, Litva televiziyasının “Diqqət mərkəzində” proqramına verdiyi müsahibəsində Xodorkovski deyib ki, rejimin çökməsinə cəmiyyətdə qəzəb yaradacaq hər hansı gözlənilməz hadisə səbəb ola bilər.

Xodorkovski bu sözlərinin təsdiqi kimi Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində onlarla insanın həlak olmasını nümunə çəkib. O, deyib: “2014-cü ildə Rusiya üçün özünəməxsus olan 15 illik hakimiyyət tsikli sona çatıb. Bu, mövhumatçılıq deyil, dövlət aparatında nəsil dəyişilməsi ilə əlaqədar olan dövrü hadisədir. Bundan sonra hakimiyyət sistemi dayanıqsız olmağa başlayıb. Putin bu ayırıcı xətti Krımın zəbt olunmasının köməyi ilə adlaya bildi. Belə bir ictimai şok ona yeni enerji, yeni legitimlik almağa imkan verdi. Ancaq baza problemləri heç yerə getməyib. Yaşlaşan yuxarı hakimiyyət elitası dövrün tələblərinə lazımı reaksiya verə bilmir. Yuxarı hakimiyyət qocalır, amma dövlət aparatının orta yaş həddi əvvəlki kimi qalır. Belə bir kəskin yaş uçurumunu gizlətmək olmaz. Bu uçurum təkcə yaşla bağlı deyil. Gələcəyin təminat altına alınması məsələsini də unutmayaq. Şərti olaraq deyək ki, əgər 55 yaşlı Putin 40 yaşlı aparat üçün təminat verirsə, lakin 66 yaşlı Putin 40 yaşlı aparat üçün daha az təminat verir. Və beləliklə, yuxarı hakimiyyət eşalonu baş verənlərə effektli reaksiya göstərə bilmədiyindən baş verən hadisələr çalxalanma yaradır. Məsələn, biz bu yaxınlarda Kemerovoda gördük ki, onlar sadəcə olaraq uzun müddət ərzində baş verən hadisəyə düzgün reaksiya vermək qabiliyyətində olmadıqlarını nümayiş etdirdilər. Qara qu quşu, yəni gözlənilməz hadisə bu gün, sabah baş verə bilər və ya heç zaman baş verməz. Amma biz öz tərəfimizdən buna hazır olmalıyıq. Rejimin təbii və qaçılmaz çöküşündən başqa indi rejimin gözlənilməz amillərə görə istənilən an çökməsi də mümkündür. 2014-cü ilə kimi bu az ehtimal olunan idi. İndi isə bu, istənilən vaxt baş verə bilər. Bizim üçün, Rusiya müxalifəti üçün ümumi nəticədə bu ən kriminal hakimiyyətin yenilənməsi və ölkənin normal Avropa inkişafına qədəm qoyması çox mühümdür”.

Xodorkovski 2013-cü ilin dekabrından xaricdə yaşayır. 2013-cü ilin dekabrında Xodorkovski 10 il həbsdə qaldıqdan sonra əfv olunub. Onun “Açıq Rusiya” təşkilatı haqları pozulanlara hüquqi yardım göstərir və həmçinin də KİV sahəsindəki layihələrlə məşğul olur. Keçən həftə Xodorkovski Litvanın paytaxtı Vülnyusda keçirilən və Rusiya müxalifəti və hüquq müdafiəçilərini birləşdirən ənənəvi illik “Azad Rusiya” forumunda iştirak edib.

AzPolitika.info

 
 






Fikirlər