Putin bu gün sorğu-sual ediləcək

Putin bu gün sorğu-sual ediləcəkRusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandıracaq.

"AzerTaym.az" xəbər verir ki,AzVision.az-ın məlumatına görə, canlı yayım aprelin 16-da yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə 14:00-da) başlayacaq.

Putin ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ona ünvanlanan sualları cavablandıracaq. Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlanacaq.

Qeyd edək ki, 2014-cü ildə “Rusiya prezidenti ilə birbaşa xətt” verilişi aprelin 17-i baş tutub və 3 saat 56 dəqiqə davam edib.


Putin bu gün sorğu-sual ediləcək






Fikirlər