Müsavatda daha bir qalmaqallı istefa – İbrahim İbrahimli də getdi

Müsavatda daha bir qalmaqallı istefa – İbrahim İbrahimli də getdiMüsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sabiq sədri İbrahim İbrahimli partiyadan istefa verib.

İ. İbrahimli APA-ya bildirib ki, Müsavat rəhbərliyinin hazırkı idarəçiliyinə etiraz olaraq bu addımı atıb: “Müsavat Partiyasının indiki rəhbərlərinin partiyada fərqli düşünən insanlara qarşı repressiv qərarlarına, partiyanı bataqlığa sürükləyən avtoritar üsul-idarəçiliyinə etiraz edərək, Müsavat Partiyasından çıxdığımı bildirirəm”.

MNTK-nın sabiq üzvü Əlövsət Talışxanlı da V. Əyyubun partiyadan çıxarılmasına münasibət bildirib: “Vurğun Əyyubun Müsavatdan çıxarılması vicdansızlığın ən yüksək anıdır. Partiya rəhbərliyi açıqlayır ki, guya, hələ 2011-ci ildə yerli təşkilat Vurğun Əyyubun partiyadan çıxarılması barədə qərar qəbul edib, amma o zaman partiya rəhbərliyi bunu rəsmiləşdirməyib. Bu hadisə özü Müsavatda Nizamnaməyə necə əməl olunduğunu bir daha göstərir. Yerli təşkilatın verdiyi qərarın partiya rəhbərliyi tərəfindən rəsmiləşdirilməsi nə deməkdir? Əgər belə qərar varsa, verilən andan qüvvədədir. Yox, əgər qərar yuxarı orqan tərəfindən ləğv olunubsa, onda necə varsa, elə demək lazımdır. Çox qəribədir ki, bu gün partiyada yığılan üzvlük haqlarını “yeyənlər”, üzvlük haqqı verməyənləri kənarlaşdırırlar”
.






Fikirlər