“TÜRKİYƏDƏ DÖVLƏT ÇEVRİLİŞi təkrarlana bilər” - “Rossiya 24”

Related image

Türkiyədə 2016-cı ildə baş vermis 15 iyul dövlət çevrilişinə cəhd yenidən təkrarlana bilər.

"AzerTaym.az" Yenicag.az-a istinadən xəbər verir ki, belə bir iddianı Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, politoloq Aleksey Muxin irəli sürüb.

O, bunu “Rossiya 24” telekanalına müsahibəsində Ankara ilə Vaşinqton arasındakı gərginləşən münasibətləri şərh edərkən söyləyib.

Bu ölkədə dövlət çevrilişinə cəhd təkrarlana bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iqtidardan gedə bilər. Amma 2016-cı ildəki olaylarda olduğu kimi, bu cəhdin uğursuz olması da mümkündü. Təbii ki, Ərdoğan geridə qalan müddətdə ciddi şəkildə “təmizlik” işləri aparıb. Amma bildiyimiz kiimi, bunu ya tamamilə təmizləməlisən, ya da töküntüləri qalacaq. ABŞ-ın verdiyi ciddi dəstəyi də unutmaq olmaz. Diqqət yetirirsinizsə, Fətullah Güləni də Türkiyəyə təhvil vermədilər”.

 






Fikirlər