Putin bu gün BAKIDA OLACAQ

Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda olacaq. 

Modern.az xəbər verir ki, prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin sentyabrın 27-də Rusiya və Azərbaycan regionlarının IX forumunda iştirak edəcək.
“Orada Rusiya və Azərbaycan regionlarının forumu keçiriləcək. Dövlət başçıları Vladimir Putin və İlham Əliyev regionların rəhbərləri ilə söhbət edəcək, onların qarşısında çıxış edəcəklər. Bu görüşdən əvvəl Prezident hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi yarışlarına tamaşa edəcək”,- Peskov deyib.

Vladimir Putin daha sonra sentyabrın 27-28-də Düşənbədə MDB ölkələrinin Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

 






Fikirlər