“Biz BU ADDIMLARI anlaya bilmirik” - Elmar Məmmədyarov

“Biz bu addımları anlaya bilmirik”

“Biz Fransa şəhərlərinin merlərinin Azərbayacanın işğal olunan bölgəsi Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa səfirini Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim etmişik. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə müraciət edib”. 

AzerTaym.az xəbər verir ki, bunu VI Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Fransanın Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbərinin ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərləri barədə məsələni şərh edərkən bildirib. “Biz atılan bu addımları anlaya bilmirik. Bir tərəfdən Fransanın xarici işlər və Avropa üzrə naziri və daxili işlər naziri tərəfindən 2018-ci ilin 24 may tarixində yerli özünüidarəetmə orqanlarının xarici fəaliyyətinin hüquqi çərçivəsi üzrə imzalanmış təlimat bu qurumları Fransanın beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırır və Fransa tərəfindən tanınmamış ərazi vahidlərinin separatçı qurumları ilə hər hansı şəkildə müqavilələr bağlamaq, səfərlər həyata keçirmək və birgə tədbirlər təşkil etməyi qadağan edir. 

Digər tərəfdən isə Fransa şəhər merləri, bələdiyyə rəhbərləri, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edir. Ötən gün də Fransa Xarici İşlər Nazirliyi bəyənat yayaraq Dağlıq Qarabağın müstəqilliyini tanımadığını və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində səylər göstərdiyini bəyan edib".

 

Nazir qeyd edib ki, Fransa səfiri nazirliyə dəvət edilərək bildirilib ki, əgər Fransa XİN və DİN-in rəsmi mövqeyinə baxmayaraq, hansısa şəhər, meriya rəhbəri bu qərara qarşı çıxır və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa səfər edirsə, onda siz hansısa administrativ qaydada bunun qarşını almaq üçün tədbir görməlisiniz: "Mən bu gün də xanım səfirlə bir daha bu barədə söhbət etdim. Səfir bununla bağlı yenidən rəsmi Parisə məlumat çatdıracaq. Müvafiq cavab alındıqdan sonra Azərbaycana çatdırılacaq".






Fikirlər