Sabiq müdafiə NAZİRİ Paşinyana RƏQİB OLACAQ

Noyabrın 11-də Ermənistan Respublika partiyasının iclası keçirilib. Modern.azMusavat.com-a istinadən xəbər verir ki, axşam saatlarında başa çatan iclasda Ermənistanın sabiq müdafiə naziri Viqen Sərksiyan partiya sədrinin birinci müavini seçilib.

V.Sərksiyan deyib ki, növbədənkənar parlament seçkilərində Respublika Partiyası öz siyahısı ilə iştirak edəcək. Eks-nazir siyahıya özünün başçılıq edəcəyini bildirib. Deyib ki, siyahıya dostları, partiya üzvləri, həmçinin digər partiyaların təmsilçiləri və bitərfələr daxil ediləcək. Onun sözlərinə görə, təqdim olunan prinsiplər yekdilliklə qəbul edilib.

Ermənistanın keçmiş müdafiə nazirinin Serj Sərkisyanın sədrlik etdiyi partiyanın rəhbərliyinə gəlməsi və seçkilərə qatılmaq qərarını verməsi Nikol Paşinyana ciddi mesajdır. Söhbət Ermənistanın keçmiş prezidentindən, həmçinin orduya rəhbərlik etmiş şəxsdən gedir. Onların orduda kifayət qədər dayaqlarının olması da istisna deyil və bir gün erməni ordusu Paşinyana qarşı qiyama qalxa bilər.

Qeyd edək ki, V.Sərksiyan aprel döyüşlərindən sonra ordunun başına gətirilmişdi və bu ilin 8 mayınadək müdafiə naziri oldu. Bu mənada Azərbaycan ordusunun aprel zəfərlərinə və 2018-ci ilin mayındakı Günnüt əməliyyatına görə ermənilər onu sorğu-sual etmirlər. Deməli, V.Sərkisyan xalqın qarşısına daha inadla çıxmaq imkanına malikdir. Bu isə Paşinyanı narahat etməyə bilməz.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi