Tanınmış jurnalistlər Ayaz Mütəllibovu QKÇP ilə bağlı SUÇLADILAR

Azərbaycanın ilk və eks-prezidenti Ayaz Mütəllibovun jurnalist Əvəz Zeynallının "Qaynar Qazan" layihəsinə verdiyi üç hissəli müsahibə qalmaqala səbəb olub. 

Modern.az-ın məlumatına görə, 81 yaşlı eks-prezident müsahibə boyu bir sıra məqamlara toxunub. 

Ayaz Mütəllibovun xüsusilə QKÇP (1991-ci il avqustun 19-da ozamankı SSRİ rəhbərliyindəki mühafizəkar qüvvələrin - başda KQB sədri Vladimir Kryuçkov olmaqla - Sovet imperiyasını qoruyub saxlamaq uçun inadlı cəhdi-red.) haqqında dedikləri bəzi tanınmış jurnalistləri qıcıqlandırıb.
Müsahibədə Ayaz Mütəllibovun QKÇP-ni dəstəkləmədiyini söyləməsi 90-cı illərin əvvələrində mətbuatda çalışmış jurnalistlərin etirazına səbəb olub. Onlar sosial şəbəkədə eks-prezidentə cavab veriblər.
Jurnalist Aydın Canıyev bildirib ki, 1991-ci ildə Ayaz Mütəllibovun QKÇP-yə dəstək bəyanatını ozamankı Dövlət İnformasiya Agentliyi – “Azərinform” (İndiki AZƏRTAC) yayıb. 
A.Canıyevin sözlərinə görə, o zaman "Kommunist" qəzetinin buraxıcısı olaraq, teletayp lentindən gələn bütün məlumatları bir qovluğa yığırkən olaya şəxsən şahidlik edib:
“Və məhz buna görə də Mütəllibovun adından gələn ilk bəyanatı saxlamışdım özümdə. Sonra daha bir bəyanat gəlib: QKÇP-nin qiyamçı olması barədə. Çox sürətlə baş verən olayların dönəmiydi. İndi Praqada olan Rövşən Əliyev "Azadlıq"da işləyirdi onda, “Azərtac” xəttiylə yayılan o ilk dəstək bəyanatını mən nəşriyyatın yığım sexində ona vermişəm, əgər o da Ayaz Mütəllibov kimi "unutmayıbsa" - səhv etmirəmsə də, dərc olunub qəzetdə. Amma Ayaz Mütəllibov müsahibədə deyir ki, Yanayev (SSRİ-nin sabiq birinci vitse-prezidenti, 1991-ci ilin avqust qiyamının (QÇP) ideoloqlarından biri-red.) ona zəng elədi, ağzından spirt iyi gəlirdi!
Referundumla da bağlı yalan danışır!
Heydər Əliyevlə də bağlı yalan danışır!
İndiki hakimiyyətə münasibətində də saxtalıq... monitorun o üzündən - yazıdan adamı vurur... lap Yanayevin telefonda ağzından gələn araq iyi kimi!”.
Hazırda Praqda yaşayan digər jurnalist, “Azadlıq” radiosunun keçmiş əməkdaşı Rövşən Əliyev də Ayaz Mütəllibovu qeri-səmimilikdə ittiham edib:
“QKÇP gələn kimi Ayaz Mütəllibov onu dəstəklədi, yıxılan gün isə əleyhinə bəyanat verdi və tələsik "Kommunist" qəzetinin adını dəyişib "Xalq qəzeti" elədi. İsa Qəmbər mitinqdə dedi ki, evdar qadınlar belə QKÇP-nin yıxılacağını görürdülər, ancaq Mütəllibov görə bilmədi. Bütün bunlar 3 günün içində baş verdi. Qəzetin adı bir gecədə dəyişdi. Bəlkə də tarixdə heç bir qəzetin adının dəyişməsi bu qədər sürətli proses olmayıb”.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi