“Almaniya DAĞLIQ QARABAĞ münaqişəsinə göz yuma bilməz” – Angela MERKEL

237c0635-6ca0-487f-8c36-96902acccfe9 (1)

“Almaniya post-sovet məkandakı münaqişələrə göz yuma bilməz”.

“Report” xəbər verir ki, bunu Berlində keçirilən sayca üçüncü Almaniya – Ukrayna İqtisadi Forumunda çıxış edən Almaniya kansleri Angela Merkel deyib.

Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin, Ukraynanın şərqindəki münaqişənin olduğunu görərsiniz”, kansler deyib.

Onun sözlərinə görə, bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir: “Buna göz yuma bilmərik”.






Fikirlər