Qadın, içki və ətli yemək düşkünü olan lider haqda i İLGİNC MƏLUMATLAR - FOTOLAR

Şimali Koreya liderlərinin bütün ölkə üzərində yaratdığı qorxu, həm ölkədə yaşayanları dünyadan izolə edir, həm də bu ölkədə baş verənlərin dünya ölkələri tərəfindən sözün əsl mənasında, başa düşülməsini imkansızlaşdırır.

Ölkə haqqında məlumatlar və statistik göstəricilər olduqca azdır və bəzilərinin isbatı belə, yoxdur. Aclıq və səfalət içində yaşayan xalq isə dünyadakı proseslərdən xəbərsizdir.

Bəzi dünya siyasilərinin fikrinə görə, Kim Çen In ölkənin rəhbəri ola biləcək ən son şəxs idi. Lakin yaşının gənc olmasına baxmayaraq, o, ölkənin idarəsində qətiyyətli mövqe sərgilədi. Atasının ölümündən sonra adını eşitdiyimiz Kim Çen In, əslində, psixologiyası yerində olmayan bir insana bənzəyir. Bunu Kim Çenin keçmişində görmək olduqca asandır.

Belə ki,  məktəb yaşlarında İsveçrədə təhsil alan Kim dostlarının arasında “manyak” olaraq tanınırdı. Bunun səbəbi isə müəllimlərinin onun çantasından dəfələrlə porno jurnallar tapmasıdır. Zənginlikdən irəli gələn acgözlük isə onun nə qədər təhlükəli bir insan olduğunu göstərir.

Kim Jong-un eating ile ilgili görsel sonucu

Misal üçün o, 5-6 nəfərin çətinliklə yeyə biləcəyi yeməkləri təkbaşına rahatlıqla yeyir. Aşpazlar gənc liderə yemək çatdırmaqda olduqca böyük əziyyət çəkirlər. Belə birisinin ölkənin başına keçməyi Şimali Koreyanın əslində, nə qədər şanssız olduğunu bir daha gözlər önünə sərir.

Heç bir siyasi və hərbi təcrübəsinin olmamasına baxmayaraq, Kim Çen Inın ölkəni kommunist partiyasının yüksək səlahiyyətli şəxslərinin sayəsində idarə edəcəyi düşünülürdü. Lakin bu, heç də belə olmadı.

kim jong-un halası ve eniştesi ile ilgili görsel sonucu

İlkin ehtimallara görə, o, ölkəni bibisi və bacısının əri vasitəsilə idarə edəcəkdi. Lakin Kimin bibisini siyasətdən uzaqlaşdırması, bacısının əri Chang Song-taeki isə edam etdirməsi bütün bu iddiaları kökündən məhv etdi. Vətənə xəyanət adı ilə həbs etdirilən Chan Song-taekin 120 ac itə yedizdirildiyi söylənilir.

Bundan başqa o, özünə qarşı olan hər kəsi edam etdirərək, dünyanın ən qəddar diktatoru adını qazanmış oldu. Olduqca qəddar olan Kim Çen ilk olaraq özünün lüks istəklərini qarşılamağa başladı.

Kim Jong-un girl ile ilgili görsel sonucu

Xalqın yarısından çoxu acından ot yeyərkən, o, bunu görməzdən gəldi və dövlətin pulunu sadəcə, özünün ehtiyacları üçün xərcləməyə başladı. Köhnə hərəmi dəyişdirdi. Yerinə isə, özəl olaraq yeni bir hərəm qurdu. Seçdiyi qadınlar isə adətən ölkənin ən gözəllərindən ibarət olurdu.

Ölkədə internet qadağandır. Televiziyaları isə bir neçə kanaldan ibarətdir. Onlarda da 24 saat boyunca gənc diktatorun təbliğatı aparılır. Buna görə də məlumatsız olan xalq Kim Çen In haqda bir çox ilginc xəbərə adətən, müqəddəslik səviyyəsində sayğı duyur.

Şimali Koreya lideri 2016-cı ildə ölkənin müdafiə naziri  Xyön Yön Çxolu ağılasığmaz üsulla edam etdirib. Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, yüksək vəzifəli məmurun edamı aprelin 30-da Pxenyanın hərbi məktəblərindən birində zenit topundan açılan atəşlə həyata keçirilib.

Nazirin edamına səbəb guya onun Kim Çen Inın iştirak etdiyi hərbi tədbirdə mürgüləməsi olub.   

Diktator ölkənin bütün torpaqlarının özünün olduğunu iddia edir. Xalqın isə kölələrdən heç bir fərqi yoxdur. Salatının belə, mikroskopla yoxlanıldığı deyilən Kim Çenin, eyni zamanda ət həvəskarı olduğu da hər kəsə məlumdur.

Hətta, 2017-ci ildə həddindən artıq çox ət yeyib, spirtli içki qəbul edən diktator mədəsindən əməliyyat olunub. O, buna görə uzun müddət dünya mediasının müzakirə mövzusuna da çevrilmişdi.

Kim Jong-un eating ile ilgili görsel sonucu

Kim Çen Inın asılılıqları bununla bitmir. Onun İsveçrənin məşhur mantilli pendirinə asılılığı da söylənilir. Bir oturuma 2 butulka şampan içən Kim günün əsas hissəsini qadınlarla əylənməklə keçirir.

Dövlət Şimali Koreyanı ziyarət edən hər bir kəsə nəzarət etmək üçün nəzarətçi ayırır. Bu ölkəyə gələn turistin təkbaşına hərəkət etməyi qadağandır. Haraya gedəcəklərinə, haraların fotolarını çəkəcəklərinə, kimlərlə söhbət edə biləcəklərinə və haralarda qalacaqlarına həmin nəzarətçi qərar verir. Məhz buna görə də Şimali Koreya öz sirlərini hələ də qoruyub, saxlaya bilib.

Kim Jong-un eating ile ilgili görsel sonucu

Ölkədə özəl avtomobildən istifadə etmək qadağandır. Əgər sən bu ölkədə özəl avtomobilinin olmasını istəyirsənsə, bunun üçün dövlətdən icazə almalısan. Bu isə o qədər də asan məsələ deyil. Çünki, Şimali Korayada olan bütün avtomobillər Kim Çen Inın şəxsi mülkü hesab edilir. İctimai nəqliyyatda əsasən velosiped və motosikllərdən istifadə edilir.

Şimali Koreyada kər kəsin əsgər olduğunu deyə bilərik. Buna görə də, bu ordu dünyanın ən böyük ordusu hesab edilir.

Ä°lgili resim

Orduda ehtiyatda olan hərbçilərlə birlikdə 7.7 milyon qadın və kişi xidmət edir. Əsgərlik müddəti kişilər üçün 10 il, qadınlar üçün isə 3 ildir. Özəlliklə isə qadın əsgərlərin təcavüzə uğradığı barədə söyləntilər dünyada olduqca böyük təpkiyə səbəb olmuşdu.

Bundan başqa əsgərlər dəhşətli dərəcədə ağır işlərdə işlədilir. Ona görə də onların bir çoxu həddindən artıq cılızdırlar.

Kore askerleri ağlayan ile ilgili görsel sonucu

Şimali Koreya rejiminin ən etibarlı yeri olan Ryongsong sarayı 15 metr enində, 50 metr uzunluğunda hovuza, qaçış və atletizm üçün nəzərdə tutulmuş əraziyə və bundan başqa, avtomobil yarışları üçün nəzərdə tutulmuş əraziyə malikdir. Sarayda çoxlu sayda istirahət güşələri, spa və sauna da mövcuddur.

Ryongsong Sarayı'nda 360 Derece İtibarlı Yaşam Deneyimi

Sarayın ərazisi o qədər böyükdür ki, burada müharibədə istifadə ediləcək texnikalardan atışlar da həyata keçirilir.  Əlavə olaraq, sarayda yeraltı savaş qərargahı da inşa edilib.

Gənc diktator Kim Çen In sərvətinin çox hissəsini İsveçrə banklarında saxlayır. Onun sərvətinin 3-4 milyard dollardan çox olduğu bildirilir. (Musavat.com)

 
 






Fikirlər