Dövlət Himni İLƏ BAĞLI tələbləri pozanları NƏ GÖZLƏYİR?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri barədə məlumat verilib.

Qeyd edilib ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarına baxılıb.

Layihələrdə Dövlət Gerbi və Dövlət himni haqqında ümumi müddəalar, bu sahədə qanunvericilik, müəyyən edilmiş vəzifələr, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin vurulduğu yerlər, Dövlət Gerbinin rəngli təsvirinin istifadəsi, Dövlət Himninin ifa edildiyi hallar, ifaya, dinlənilməyə və istifadəyə dair tələblər, dövlət rəmzlərimizlə əlaqədar məhdudiyyətlər, bu qanunlarun pozulmasına görə məsuliyyət və yekun müddəalar təsbit edilib.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a  bildirib ki, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” qanunların pozulmasına görə məsuliyyət nəzərdə tutulub.

“Məsuliyyətin nələrdən ibarət olacağı isə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərdən sonra bəlli olacaq. Bildiyimiz kimi, Dövlət Bayrağı ilə bağlı tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində, Dövlət Gerbi ilə bağlı normaların pozulmasına görə isə Cinayət Məcəlləsində müddəalar var.  Dövlət Himni  haqqında isə isə İnzibati Xətalar və Cinayət Məcəlləsində müddəalar olmadığına görə, onlara yenidən baxılacaq”.






Fikirlər