SABİQ NAZİR Lukaşenkonun Qarabağla bağlı açıqlamalarını ŞƏRH ETDİ- VİDEO

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun səsləndirdiyi fikirlər yeni deyil və uzun müddət əvvəldən gündəmdə idi. Təəssüf ki, Azərbaycan tərəfdən də bəzi məqamlarının tənqid olunduğu kompromis variantı Ermənistan qəbul etmədi”. Modern.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, politoliq Tofiq Zülfürarov Real TV-yə müsahibəsində bildirib.

Sabiq nazir qeyd edib ki, ildən-ilə ermənilərin mövqeyi daha da sərtləşir.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qarabağ münaqişəsinin həlli üçün hazırlanan təklif barədə ilk dəfə açıqlama edib. O, bu məsələnin hələ İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitlərindən birində, Serj Sərkisyanın prezident olduğu dönəmdə müzakirə edildiyini xatırladıb. Lukaşenko o zaman Azərbaycan və Ermənistan liderlərini güzəştə gedərək problemi birgə həll etməyə çağırdığını vurğulayıb. Daha sonra Lukaşenko Sərkisyanla söhbətinin məzmununu açıqlayıb: “Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: Əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik”. Sərkisyan isə dedi: Yox, biz buna getməyəcəyik, bunu istəmirik”, - A.Lukaşenko bildirib.

 

 

VIDEO






Fikirlər