Rusiya Paşinyanı YOX EDƏCƏK - Ermənistanı gözləyən dəhşətli SSENARİ ÜZƏ ÇIXDI

Rusiya Paşinyanı YOX EDƏCƏK - Ermənistanı gözləyən dəhşətli ssenari ÜZƏ ÇIXDI

Ermənistanda cinayət məsuliyyətinə cəlb edilən keçmiş prezident Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan eks-prezidentin siyasi məhbus olduğunu bəyan etdi. Maraqlıdır ki, Soqomonyan Ermənistanın əsas xarici tərəfdaşlarının da Koçaryanı siyasi məhbus gözündə gördüyünü bildirib. Əslində o, “əsas xarici tərəfdaşlar” dedikdə ilk növbədə Rusiyanı nəzərdə tutur və bununla Moskvanın Koçaryanın həbsinə qarşı olduğunu bir daha xatırladır.

Kreml əvvəldən Koçaryanın həbsinə qarşı idi və bunu açıq şəkildə bəyan edirdi. Lakin Nikol Paşinyan hakimiyyəti Moskvada nə qədər Putinə yaltaqlansa da, İrəvana döndükdə “rus vodkası” hesab etdiyi opponentlərini baltalamağa davam edir. Koçaryan bu siyahıda ilk pillədə qərarlaşır. Rusiya prezidenti Vladimir Putinin ötən ilin sonunda Paşinyanla Moskvada görüşündən sonra Robert Koçaryanı ad günü münasibətilə təbriki də Kremlin münasibətini açıq şəkildə bəyan etdi. Proseslərin bu istiqamətdə inkişafı Rusiyanın Paşinyan hakimiyyətini dayandırmaq üçün hansısa addım atacağı ehtimalını gücləndirir.


Erməni siyasi şərhçi Razmik Akopcanyanın iddiaları bu kontekstdə diqqət çəkir.

Publika.az xəbər verir ki, R.Akopcanyan Rusiyanın bu il Ermənistanda “dişini yoxlayacağını” iddia edir.

Onun fikrincə, Koçaryan Moskva üçün əhəmiyyətlidir, çünki o, Rusiyanın maraqları üçün hər şeyi etməyə hazırdır.

“Əgər o, cinayət işindən xilas olmağı bacaracaqsa, Putinin köməyi ilə hər şeyi edəcək. Reallıq budur ki, əvvəlki hakimiyyət və onun böyük kapitalı təslim olmayıb. Onlar gizləniblər və zərbə endirmək üçün fürsət gözləyirlər. Hətta bu, Rusiyanın Ermənistana müdaxiləsi ilə də nəticələnə bilər”,- deyə o bildirib.

Erməni şərhçi Nikol Paşinyanı susmaqda itiham edir. Onun fikrincə, “Paşinyanın susması təkcə özü üçün yox, bütövlükdə Ermənistan üçün də baha başa gələ bilər”.






Fikirlər