"Zoqrabyan gözəlləşdikcə xarakteri dözülməz olur" - SEYİDOVDAN erməni deputata

"Zoqrabyan gözəlləşdikcə xarakteri dözülməz olur" - Seyidovdan erməni deputata

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Türkiyədə müxalif siyasətçilərin durumu ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

 "AzerTaym.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan çıxışında Türkiyədə siyasətçi və deputatlara qarşı "cadugər ovu"nun başladığı bildirib:

"Diyarbəkir prokurorluğu və prezident Ərdoğan 8 deputatın, o cümlədən Garo Paylanın "türk xalqını təhqir etmə" maddəsi üzrə toxunulmazlığının ləğvi ilə bağlı vəsatət verib. AŞPA-dan xahiş edirəm ki, Türkiyədən siyasətçilərin təqibini dayandırmağı və biyabırçı 301-ci maddədən imtina etməyi tələb etsin".

Zoqrabyanın bu çıxışına türkiyəli deputat Hişyar Özsoy cavab verib:

"Məni Naira Zoqrabyanın Türkiyədə demokratiya haqda və deputatlara təzyiqlə bağlı çıxışı təəccübləndirir. Siz Türkiyə ilə öz ölkənizdəki demokratiyanı müqayisə edib parlamentinizdə bir türk deputatı göstərə bilərsiniz? Türkiyə parlamentində isə üç erməni deputat var".

Erməni mətbuatı Azərbaycanın Avropa Şurasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun erməni deputatın ünvanına replika səsləndirərək "Naira Zoqrabyan gözəlləşdikcə xarakteri daha da dözülməz olur" dediyini yazır.






Fikirlər