Azərbaycan Xalq Hərəkatı təsis konfransı keçirib - fotolar

Yanvarın 19-da elan olunan Azərbaycan Xalq Hərəkatının (AXH) ADP qərargahında təsis konfransı keçirilir. Tədbirə 20-dən çox siyasi partiya rəhbəri və 300-ə yaxın iştirakçı qatılıb. Konfrans Azərbaycan himni ilə start götürüb.

Tədbiri giriş sözü ilə açan hərəkatın təşəbbüskarı, sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov AXH-nın yaranma səbəblərindən, indiyə qədər gördüyü işlərdən və gələcəkdə görəcəkləri işlərdən danışıb.

Təsis konfransında olan Musavat.com müxbiri xəbər verir ki, konfrans "Koroğlu" üverturasının sədaları altında başa çatıb.

Musavat.com

 
 






Fikirlər