NOVXANIdakı YÜRÜŞlə bağlı RƏSMİ MƏLUMAT...

Yanvarın 31-də Azərbaycan Xalq Partiyası, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə birgə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.
Abşeron Rayon Polis İdarəsindən daxil olan məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər.
Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.






Fikirlər