BU GÖSTƏRİCİYƏ GÖRƏ QONŞU ÖLKƏLƏRƏ 100 İL UDUZURUQ – Ekspert açıqladı
“84 yaşlı keçmiş baş nazir Artur Rasi-zadə və 79 yaşlı baş nazir müavini Abid Şərifovun 9 ay bundan əvvəl Nazirlər Kabinetini tərk etməsinə baxmayaraq Azərbaycan hakimiyyəti yenə də baş nazir və müavinlər arasındakı yaş fərqinə görə qonşu ölkələrə hardasa 100 il uduzur. Çünki, qonşu ölkələrdə idarəetmədə gəncləşmə, bizdə isə yaşlaşma prosesi gedir!”. Bu fikirləri iqtisadçı ekspert Qubad İbadoğlu öz “facebook” səhifəsindən paylaşdığı yazıda bildirib. “AzPolitika.info”nun məlumatına görə, ekspert daha sonra qeyd edib:“Maraqlı olan həm də odur ki, həm Gürcüstanda və həm də Ermənistanda baş nazirin yalnız 2 müavini vardır. Gürcüstanda baş nazirin bir müavini Daxili işlər naziri, digər müavini isə Regional inkişaf və infrastruktur naziri vəzifəsini icra edir”.