Sankt-Peterburq 3, Moskva 7 dəqiqəyə VURULACAQ...!
ABŞ prezidenti Donald Tramp 2018-ci il oktyabrın 21-də Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Sənəd SSRİ və ABŞ arasında 1987-ci ildə imzalanmışdı və uçuş mənzili 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı raketləri hazırlanması və saxlanılmasını qadağan edirdi. Trampın bəyanatından sonra Rusiya prezidenti Vladimir Putin Moskvanın “güzgü cavab”ı haqqında danışdı, həmçinin “Kalibr” və orta mənzilli hipersonik raketlər kimi silahların yeni tiplərinin genişləndirilməsi üzrə işlərin başlandığını elan etdi. Bundan sonra nə olacaq, dünyanın ən güclü silah arsenalına malik iki ölkənin müqavilədən çıxması hansı proseslərə necə təsir edəcək? Publika.az xəbər verir ki, “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində müqavilə üzrə əsas suallara cavab verib. - Niyə qitələrarası (uçuş mənzili 5500 kilomertdən çox) deyil, orta və daha kiçik mənzilli raketlər qadağan edilmişdi? Qitələrarası məsafədə raketlərin uçuş məsafəsi təxminən 30 dəqiqədir. Bu müddət ərzində hücuma məruz qalmış ölkənin hərbi-siyasi ölkə rəhbərliyi vəziyyəti qiymətləndirə, təcili konsultasiyaları keçirə və cavab zərbəsini vura bilər.
Orta və qısamüddətli raketlə hücum halında isə bu, bir neçə dəqiqə davam edir. Əgər amerikalılar belə raketləri, məsələn, Estoniyada yerləşdirərsə, onda Sankt-Peterburqa zərbə 3, Moskvaya isə 7 dəqiqə ərzində vurula bilər. - Amerika müqavilənin pozulmasında Rusiyanı niyə ittiham etdi? Niyə 9M729 raketini əsas gətirdi? - Mübahisə bu raketin uçuş məsafəsi haqqında gedirdi. Amerikalılar bildirirlər ki, raket 500 kilometr uça bilər, yəni müqavilənin şərtlərini pozur. Rusiya isə iddia edir ki, uçuşun son məsafəsi 480 kilometrdir. - Müqavilə SSRİ (Rusiya) və ABŞ arasında bağlanmışdı. Başqa hansı ölkələr indi ballistik raketlərə malikdirlər? - Həqiqətən, Vaşinqtonda bir neçə dəfə bildiriblər ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə başqa ölkələrə, ilk növbədə Çinə aid edilməlidir. Dövlət Dumasının müdafiə komitəsinin sədri, general Vladimir Şamanov həmçinin söyləyib ki, yeni analoji müqavilə bağlanarsa və çoxtərəfli olarsa, Çin, Hindistan, Koreya Xalq Demokratik Respublikası, İran və Pakistana da aid olacaq.
ABŞ-ın müqavilədən çıxışının əsas məqsədi öz ballistik raketlərini Avropada yerləşdirmək imkanı əldə etməsidir. ABŞ birinci qlobal zərbə konsepsiyası çərçivəsində Rusiyanı daim hədəfdə saxlamağa çalışır. - Alman siyasətçiləri bildirdilər ki, Rusiya 9M729 tipli raketlərini Uralın arxasına apararsa, müqaviləni xilas etmək olar. Bu mümkündürmü? - Bu halda Rusiya raketləri Çinə və Yaponiyaya tuşlana bilər. ABŞ Avropada orta və daha kiçik mənzilli raketlərin yerləşdirilməsi üzrə planlarını gizlətmir. Rusiyaya “güzgü cavab”ı lazımdır. Biz axmaqları təsvir etməyəcəyik, Amerika müqavilədən nə üçün çıxdığını anlamadığınızı göstərməyəcəyik. Rusiya öz raketlərini orada yerləşdirəcək ki, təhlükəsizliyinin təminatı üçün lazımlı hesab edir. - Amerika Rusiyaya tuşlanmış orta və daha kiçik mənzilli raketlərini harada yerləşdirə biləcək?
- Qısa cavab: NATO-un istənilən ölkəsində. Ən çox ehtimal ki, Estoniya, Latviya, Litva və Polşada yerləşdirəcək. Və qarşıda Ukrayna var. Həm də bunun üçün onu NATO-ya qəbul etmək vacib deyil, ABŞ bunu ayrı razılaşmalar çərçivəsində edə bilər. Həm də Avropa indi nə qədər lazımdırsa buna etiraz edə bilər, amma təcrübə göstərir ki, ABŞ gec-tez avropalıları basıb əyir və onlar itaətkarlıqla lazımlı istiqamətdə gedirlər. Biz ən pis mümkün varianta əsaslanmalıyıq. - Yeni qızğın silahlanma Rusiyanın iqtisadiyyatını dağıdacaqmı? - Prezident Vladimir Putin artıq bildirdi ki, Amerika demarşına cavab mövcud müdafiə büdcəsi çərçivəsində ediləcək. Rusiyaya yalnız silahların artıq mövcud olan sistemlərini uyğunlaşdırmaq lazımdır. Müqavilə ilə qadağan olunmayan dəniz qanadlı “Kalibr” raketlərinin yerüstü variant hazırlanacaq. Qrunt hərəkətli işəsalma qurğuları yaradılacaq, bunun xərclər minimaldır. Digər raketlər artıq ardıcıllıqla istehsal edilir, bütün avtomatika yerinə yetirilib. Rusiya üçün heç bir qızğın silahlanma olmayacaq. - Nüvə silahlanmasına aid olan başqa müqavilələr də ləğv ediləcək? - Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə əsas mövcud Rusiya-Amerika müqaviləsi SNV-III adlanır. Müqaviləyə görə, iki ölkədən hər biri qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəliblər. Müqavilənin işləmə müddəti 2021-ci il fevralın 5-də başa çatır. Onun müddətinin uzadılması hələ ki şübhə altındadır.
Ehtimal ki, ABŞ SNV-III-dən çıxacaq. Belə ehtimal hazırda 75-80 faiz qiymətləndirilir. ABŞ bundan sonra öz nüvə döyüş başlıqlarının sayını kəskin artıra biləcək. Bundan başqa, Rusiya ABŞ-ın hücum nüvə silahlarını yoxlaya bilməyəcək. Hazırda SNV-III müqavilənin icrası qarşılıqlı yoxlamaları və nəzarəti nəzərdə tutur. - Amerikanın raket əleyhinə müdafiə sistemləri Rusiyanın təriflənən qanadlı və hipersonik raketlərinə qarşı effektiv olacaqmı? - Amerikanın raket hücumundan müdafiə sistemləri hətta bizim adi ballistik raketlərlə cavab zərbəmizi yaxalaya bilmir, əgər orada hipersonik raketlər olacaqsa, bu, heç mümkün olmayacaq. Hipersonik raketlərin əsas fərqi odur ki, hədəfə doğru gözlənilməz trayektoriya üzrə hərəkət edir. Elmin indiki inkişaf səviyyəsində hipersonik döyüş blokuyla görüşün nöqtəsini hesablamaq mümkün deyil. Və daha minimum 50 il ərzində mümkün olmayacaq.